Lüksemburq Böyük Hersoqluğunun xarici işlər naziri Jan Asselborn fevralın 22-23-də Ermənistanda rəsmi səfərdə olacaq.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Fevralın 22-də Ermənistan Xarici İşlər Nazirliyində Ermənistan və Lüksemburq xarici işlər nazirlərinin görüşü baş tutacaq, daha sonra isə xarici işlər nazirlərinin mətbuat konfransı keçiriləcək.
Məlumata görə, səfər çərçivəsində Lüksemburqun xarici işlər nazirinin Ermənistanın ali rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.
Yeganə






