"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİA

17 Aprel 2018 - 15:08
in SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

İki gün öncə, Milli Məclisin üzvü, deputat Astan Şahverdiyev dünyasını dəyişib. Deputatın ölüm səbəbi ilə bağlı sosial mediada və mətbuatda müxtəlif fikirlər səslənsə də, rəsmi məlumatda mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Məlumatda deyilir ki, A.Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnə qədər deputat keçinib.

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİAƏn maraqlısı odur ki, deputatın ölümündə jurnalistlərin də əlinin olduğunu iddia edən millət vəkili mətbuata ilginc açıqlama verib. Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abıyev həmkarı A.Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb. O bildirib ki, A.Şahverdiyevi jurnalistlər öldürüb: “Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər, jurnalistlər onu hörmət etsəydilər, bəlkə də, o, bu gün yaşayırdı…”.

Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİAMillət vəkili Aydın Mirzəzadə isə İnterpress.az-a açıqlamasında bildirib ki, A.Şahverdiyev cəmiyyətin yaddaşında ehtiyyatsızlıqdan dediyi ifadələrlə yadda qalıb: “Əlbəttə, onun bir neçə dəfə ehtiyyatsızlıqdan dediyi sözlər diqqəti cəlb elədi. Amma nəzərə almaq lazımdır ki, o, siyasətə kənardan gəlmişdi.Cəmiyyət son dövrdə onun ehtiyyatsızlıqdan dediyi fikirlər üzərində daha çox dayanır. Bir tərəfdən cəmiyyətin buna haqqı çatır. Millət vəkili ifadə etdiyi sözlərində diqqətli olmalıdır. Dəyərlərin qorunmasında fəal iştirak etməlidir. Ancaq nəzərə alsaq ki, A.Şahverdiyev siyasətçi deyildi”.

Qeyri-rəsmi məlumatlarda mərhum Şahverdiyevin ölüm səbəbi haqda bəzi ilginc iddialar irəli sürülüb. Belə ki, iddialarda mərhum deputatın sözügedən oteldə istirahət etməsindən söz açılır. İddia olunur ki, deputat qəbul etdiyi “viagra” dərmanının orqanizminə göstərdiyi əks təsirdən dünyasını dəyişib. Təbii ki, bu iddiaların nə dərəcədə doğru olub-olmaması müəmmalı olaraq qalır. Amma görünən odur ki, mərhum deputat sağlığında səsləndirdiyi fikirlərlə cəmiyyətin qəzəbinə tuş gəlib.

A.Şahverdiyev, bildiyiniz kimi, mətbuata ilginc açıqlamaları ilə yadda qalıb. O, bir neçə il bundan öncə, Rusiyaya işləməyə gedən azərbaycanlıları “otxod” adlandıraraq, sərt şəkildə təhqir etmişdi. Onun bu təhqiri Rusiyadakı azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. Elə bundan sonra da, Rusiyadakı azərbaycanlılar tərəfindən mərhum deputatın ünvanına cavab olaraq təhqirlər yağmağa başladı. Hətta, A.Şahverdiyevi ölümlə hədələyərək cəzalandırmağa çalışırdılar. Mərhumun ölüm səbəblərindən biri olaraq iddia olunur ki, A.Şahverdiyev səsləndirdiyi fikirlərə görə, Rusiyada yaşayan bəzi azərbaycanlılar tərəfindən öldürülüb. Hətta onun adı açıqlanmayan azərbaycanlı kriminal-avtoritet tərəfindən sifarişlə öldürüldüyü iddia olunur. Məlumatda deyilir ki, A.Şahverdiyev Rusiyada yaşayan azərbaycanlıları təhqir etməsindən sonra kriminal-avtoritetin sifarişi ilə izlənilib. Deputatın dünyasını dəyişdiyi oteldə isə ona qarşı sui-qəsd olunduğu iddia olunur. Bildirilir ki, deputatın xüsusi zəhərli maddələrlə yeməyinə qatqılar əlavə olunub. Buna sübut kimi, “Youtube” sosial şəbəkəsində mərhum deputatı təhqir edən və onu hədələyən videomateriallar da yerləşdirilib. Videomateriallarda Rusiyada yaşayan azərbaycanlıların A.Şahverdiyevi təhdid etmələri öz əksini tapıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yerevan küçələrinə tank və başqa zirehli texnikalar yeridildi – FOTOLAR

Next Post

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verməli olacaqlar

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post
Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verməli olacaqlar

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verməli olacaqlar

Bakıdakı bu beşmərtəbələr söküləcək

Bakıdakı bu beşmərtəbələr söküləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.