Suriya müxalifətinin nümayəndə heyəti Astanada keçirilən danışıqlarda sülhə təminatçı ölkələrin yekun kommünikesini imzalamayacaq.
TASS xəbər verir ki, bunu Astana danışıqlarında Suriya müxalifətini təmsil edən Yəhya əl-Aridi bildirib.
“İmzalanma olmayacaq. Zamin ölkələr – Rusiya, Türkiyə və bəlkə də İran yalnız sənəd yayır”.
Yəhya əl-Aridi jurnalistlərə bildirib ki, Suriya müxalifətinin nümayəndə heyəti ölkədə atəşkəs haqqında danışıqların uğur qazanmasına spektik yanaşır: “Elə bil hiss yaranır ki, zamin ölkələr Suriya xalqından daha çox öz maraqları barədə düşünür. Biz atəşkəsi saxlamaq istəyirik, lakin digər tərəfdən bunun üçün ilk növbədə, Suriya xalq haqqında düşünməliyik”.




