Oktyabrın 15-də Qazaxıstanın paytaxtı Astanada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.
APA-nın məlumatına görə, növbəti gün isə Akmolin vilayətinin Burabay qəsəbəsində MDB dövlət başçıları Şurasının iclası olacaq.
Qeyd edək ki, bu il MDB dövlət başçıları Şurasına Qazaxıstan prezidentiNursultan Nazarbayev sədrlik edir.



