Astara rayonunda torpaq sürüşməsi olub, yol bağlanıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub.
Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib. Çünki sürüşmə hələ də davam edir.
Hazırda ağır texnikalar vasitəsilə Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...





