"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Atəşfəşanlığın barıtını azaldın!”

16 Mart 2015 - 15:05
in XƏBƏR LENTİ

“Atəşfəşanlığın barıtını azaldın!”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ADR Avropa Oyunları ilə bağlı büdcə xərcləmələrindən narahatdır…

Müsavat Partiyasının keçmiş üzvü Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı iyunda Bakıda keçiriləcək Birinci Avropa oyunları ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, oyunlarla bağlı nəzərdə tutulmuş xərclərdə qənaət olmadığı təqdirdə, büdcəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşəcək. bu səbəbdən ADR hökumətə təkliflər də ünvanlayıb.
“Azərbaycanın dünyada təbliği məqsədilə nəzərdə tutulmuş Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərardan iki ildən artıq vaxt ötüb. Hesablamalara görə, Avropa oyunları üçün idman infrastrukturunun yaradılmasına və əməliyyat büdcəsinə birbaşa xərclər 4,2 milyard dollar təşkil edir. Avropa oyunlarının açılış və bağlanış mərasimlərində şouların, müxtəlif əyləncəli mədəni-kütləvi tədbirlərin hazırlanıb keçirilməsi, qonaqların təmtəraqlı qəbulu, yola salınması və sair bu kimi tədbirlər planlaşdırılır. Amma bu tədbirlər proqramı hazırlanarkən Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan neftin dünya bazarında qiyməti indiki səviyyədə aşağı düşməmişdi. 2015-ci il Azərbaycan dövlətinin proqnoz büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulmuşdursa, bu qiymət hazırda 50 dollara qədər enib. Bu halda dövlət büdcəsinin nə qədər itkiyə məruz qaldığını hesablayanda maliyyə vəziyyətinin xeyli pisləşdiyini görürük. Hesablamalar göstərir ki, 1 barel Brent markalı neftin dünya bazar qiyməti 50 dollar olarsa, əldə etdiyimiz gəlirlər Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transferlərin 35,5 faizini, 60 dollar olarsa, 47,9 faizini örtə biləcək və bu halda büdcə ciddi maliyyə çətinlikləri ilə üzləşəcək. Bununla yanaşı, son 1 ayda Azərbaycan manatının ABŞ dollarına nisbətdə 34 faizə qədər ucuzlaşması da milli iqtisadiyyat və vətəndaşların rifahı üçün problemlər yaradıb.
İqtisadi təhlillər göstərir ki, hazırda Azərbaycan büdcəsi maliyyə baxımdan gərgin vəziyyətdədir. Odur ki, başqalarına xoş gəlmək üçün planlaşdırılan bədxərclik dövlətin cari maliyyə imkanlarını daha da pisləşdirə bilər”,- deyə bəyanatda vurğulanır.
Bütün bunları nəzərə alaraq, ADR hökumətə Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş büdcəyə yenidən baxmağı və əməliyyat xərclərini optimallaşdırmağı təklif edib: “Dünyada gedən iqtisadi proseslər, neftin qiyməti ilə bağlı yaranmış çətinliklər, iqtisadi böhranlar fonunda xərcləmələrin rasionallaşdırılması Avropa oyunlarının iştirakçıları və qonaqlar tərəfindən də anlayışla qarşılanar. Əks halda qonaqpərvərlik adı altında sərgiləyəcəyimiz bədxərclik onlarda da haqlı suallar yarada bilər”.
Həmçinin, bildirilir ki, artıq dünyanın bir neçə nüfuzlu təşkilatı və şəxsi Azərbaycanda mövcud olan insan haqlarının və azadlıqlarının pozulması halları bağlı Avropa oyunlarını boykot etmək barədə çağırış edib: “ADR Hərəkatı hesab edir ki, Azərbaycan hakimiyyəti Birinci Avropa oyunlarının boykot olunması ilə bağlı çağırışlara da diqqət yetirməli, ölkənin Avropa modern ailəsinin üzvü olduğunu sübut etmək üçün siyasi məhbuslara azadlıq verməklə və vətəndaş cəmiyyətinin fəaliyyətinə olan məhdudiyyətləri aradan qaldırmaqla ölkənin demokratik imicini formalaşdırmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Günəş tutulacaq

Next Post

Müəmmalı çadırların sirri açıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Müəmmalı çadırların sirri açıldı

230 sürət yığan "04" müəmmasına aydınlıq gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.