“Normandiya dördlüyü”nün görüşündən çıxan nəticə
Minskdə Almaniya kansleri, Fransa, Rusiya, Ukrayna prezidentlərinin Minskdə keçirilən görüşündən əldə edilən ilk nəticə açıqlandı. ANS PRESS-in usiya mətbuatına istinadla verdiyi məlumata görə, atəşkəs haqqında razılıq əldə edilib.
Atəşkəs fevralın 15-i saat 00:00-dan etibarən qüvvəyə minir.
Bundan başqa Ukrayna prezidenti Petro Poroşenko ilə hərbi ekspertlərə Debolsevoda vəziyyəti qiymətləndirmək haqqında razılaşdığını qeyd edib.
Xatırladaq ki, “Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə danışıqları yarım sutkadan çox davam edib.
ANS PRESS



