Bu gün Azərbaycan-Ermənistan təmas xəttinin Qarabağ istiqamətində saat 12:00-dan etibarən atəşkəs rejimi bərpa olunub.
Rusiya KİV-i xəbər verir ki, atəşkəsin əldə olunmasında həlledici rolu Rusiya oynayıb.
Rus KİV-ləri Ermənistanda olan diplomatik dairələrə istinadən xəbər verir ki, razılaşma Rusiya prezidenti, müdafiə naziri və xarici işlər nazirinin münaqişə tərəflərinə verdiyi təkliflərdən sonra baş tutub.



