"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ATƏT-in “Dini tolerantlığın təşviqi” ilə bağlı hazırladığı layihə Azərbaycan XİN-də təsdiqlənib

19 Sentyabr 2014 - 18:38
in GÜNDƏM

Azərbaycan Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis 021400069127Şahtaxtinski ilə görüşüb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

 

Parlamentdən APA-ya verilən məlumata görə, səfir təmsil etdiyi qurumun yeni əməkdaşlarını təqdim edib.

 

Sonra  o, ATƏT missiyasının planlaşdırdığı layihələrdən söz açıb. Məlumat verib ki, “Dini tolerantlığın təşviqi” ilə bağlı hazırladıqları layihə Azərbaycan XİN-də təsdiq olunub: “Bu il noyabrın 17-də Bakıda həmin mövzuda konfrans keçiriləcək. Dünyanın bir sıra ölkələrindən din xadimlərinin, tanınmış alimlərin, siyasətçilərin, Avropa Şurası və UNESCO kimi nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin, universitetlərin və vətəndaş cəmiyyətinin təmsilçilərinin dəvət olunacağı tədbirdən məqsəd Azərbaycanın dini tolerantlıq məskəni olduğunu vurğulamaq və bu sahədəki müsbət təcrübəsini dünyaya yaymaqdır”.

 

A.Şahtaxtinski bildirib ki, son dövrlər durmadan radikallaşan dünyada xalqları və millətləri, dövlətləri bir-birinə qarşı qoyan müxtəlif meyllərin gücləndiyi müşahidə olunur: “Bu baxımdan müsəlman ölkəsi olan Azərbaycanda tolerantlığın çox yüksək səviyyədə olduğunu göstərmək, ATƏT regionundakı qonşu ölkələrdə dini tolerantlığın vəziyyətinə nəzər salmaq, müqayisəli təhlillər aparmaq vacib və faydalıdır. Beynəlxalq miqyasda terrorizmin qarşısının alınması üçün bütün dünya dözümsüzlüyə, zərərli meyllərə qarşı mübarizədə səylərini birləşdirməlidir”.

 

ATƏT-in Bakı layihə əlaqələndiricisi “Dini tolerantlığın təşviqi”nə dair konfransın yüksək səviyyədə keçirilməsi üçün Milli Məclisin hərtərəfli dəstəyinə ehtiyac duyduqlarını bildirib, konfrans proqramının layihəsi barədə B.Muradovaya məlumat verib və təşkilati işlərlə bağlı məsləhətləşmələr aparıb.

 

B.Muradova Azərbaycanda yeni mandatla fəaliyyətə başlamış ATƏT missiyasının ümumi məsələlərdən uzaqlaşaraq konkret işlər, nəticə verən işlər görməsini razılıqla qarşılayıb və bu formatda əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyinə inam ifadə edib: “Dünyada gedən proseslərə toxunaraq qeyd etdi ki, hər hansı problemin səbəbləri və əlamətləri ilə mübarizə aparmaq daha səmərəlidir, nəinki nəticələri ilə”.

 

Görüşdə səslənən təkliflərə münasibətini açıqlayan B.Muradova bildirib ki, “Dini tolerantlığın təşviqi”nə dair layihəni dəstəkləyir: “Azərbaycan bu sahədə malik olduğu üstün cəhətləri, mövcud təcrübəsini bölüşməyə, mövqeyini ifadə etməyə hazırdır. Milli Məclis ATƏT missiyasının Bakı təmsilçilərinə köməyini əsirgəməyəcək”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan millisi AVRO-2020-yə vəsiqə qazanarsa, oyunlarını Bakıda keçirəcək

Next Post

ABŞ Senatında gərginlik… – VİDEO

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

ABŞ Senatında gərginlik... - VİDEO

Saakaşvilinin ana, nənə və xanımının da əmlakına həbs qoyuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.