
Əgər ATƏT DTİHB Bakıda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməzsə, onda ATƏT PA da bunu etməyəcək. “Report” ATƏT-in Parlament Assambleyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Assambleyanın bu qərarını bu gün ATƏT PA-nın baş katibi Spenser Oliver təsdiq edib.
Xatırladaq ki, sentyabrın 11-də Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Link bəyan edib ki, DTİHB Azərbaycanda keçiriləcək seçkilərə müşahidə missiyası göndərməmək qərarı qəbul edib.
ATƏT-in Azərbaycandakı Daimi nümayəndəliyi, öz növbəsində, bu qərarla bağlı narahatlığını ifadə edib və bunu “DTİHB direktorunun ona həvalə olunan mandatının ciddi pozulması” adlandırıb.
Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək.



