Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsinin müavini Maksim Buyakeviç bildirib ki, Ukraynadakı münaqişə Rusiya ilə NATO-ya üzv ölkələr arasında hərbi toqquşma ssenarisi üçün sınaqdır. Elchi.az saytı xarici saytlara istinadən xəbər verir.
“NATO-nun Ukrayna və onun ətrafında hərəkətləri ilkin olaraq anti-Rusiya yönümlü idi və Ukrayna və Şərqi Avropanın hərbiləşdirilməsi NATO-nun hərbi hazırlıqlarının bir hissəsi kimi şüurlu şəkildə həyata keçirilib”, deyə o vurğulayıb.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya ilə münaqişədə iştirak etməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, blok ölkələri münaqişəyə cəlb olunmayacaq, lakin eyni zamanda NATO-nun prioritet vəzifəsindən, yəni öz ərazisində alyans vətəndaşlarını qorumaqdan heç vaxt əl çəkməyəcəklər.
Havar Şəfiyeva





