Səudiyyə Ərəbistanından olan bir cütlüyün paylaşdığı videogörüntülər sosial medianı bir-birinə vurub.ANS PRESS-in məlumatına görə, cütlüyün çəkdiyi səhnə internet izləyiciləri dəhşətə gətirib.
Görüntülərdə xörək bişirən şəxs qazanın ağzını açıb, əlindəki iri qaşıqla qabın içindəki körpəni göstərərək, axşama yemək hazırladığını anons edir.
Onun tərəvəzlərlə birlikdə qazanın içinə qoyulmuş uşağı göstərib, “Bu bizim axşam yeməyimizdir” deməsi, Səudiyyə Ərəbistanında etiraza səbəb olub.



