"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Atam ölür, dua eləyin…

17 Avqust 2016 - 11:13
in KÖŞƏ YAZILARI

Biz faciəmizi də, dərd-sərimizi, sevincimizi də adam balası kimi yaşaya bilmirik. Məsələn, yas mərasimi.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Deməli, kiminsə evində yas düşəcəyini isti-isti Feysbukdan öyrənirik. Birinin atası can verir, tez telefonu, ya planşeti əlinə alıb bir status guppuldadır ki, bəs “atama dua edin, can verir!” Guya bu feysbukdakılar Allahın yaxın qohum-əqrəbasıdır və Allah keçəmməyəcək də bunların sözündən, bunun Fb dostlarının hesabına atasına 5-6 il təzədən yazacaq ki, get, şellən. Nəysə, üstündən bir neçə saat keçir, məlum olur ki, Allah bunun dostlarının duasını heç belə vejinə də almadı, öz bildiyi ilə getdi və… fatihə…

 

Deyirəm, qızdakı fərasətə bax ki, “uspet” edib girir Fb-yə, bir dənə qap-qara şəkil yapışdırır örtük fotosuna, atasının da qabaqcadan fotoşopda düzəltdiyi şəklini də profil edib yazır ki: “Atam keçindi. Di hələlik, mən getdim ağlamağa, xurmayla çay fasiləsində gələcəm”.

 

Mənim anam kimisi də elə bir ayağı startda dayanır ki, görüm, bu gün kim öldü. Qaçır ərinə xəbərə: “Ə, filankəs öldü getdiyee…” Hətta mərhumun qızının “Dua edin!” statusunu görən professional fb-çilər günorta evdə yemək də bişirmirlər ki, axşama filankəsgildə pendir, göyərti, çörək yeyəcəyik, kişi ancaq axşama keçinər. Və qızın profilini ciddi izləməyə alırlar.

 

Hələ ölü evinə nəzər salsaq, ağlaşmanın qızğın yerində kişilərdən biri gəlir ki: “Bəs, dədəmin bir şəklini verin, aparım böyütdürüm gətirim, baxıb yaxşı ağlıya biləsiz dənə”.

 

Qızı dil deyə-deyə başlayır: “Ə-əə qardaş-ş-ş, qar-da-ş-ş-ş, get gir Feysbuka, orda kişini profil şəkli-mə-ə-ə-ə qoymuş-a-a-a-a-m göt-ü-ü-ü-r, böyüt-dü-r, qar-da-ş-ş-ş , qar-da-ş-ş-ş…”

 

Ya da qız atasına ağı deyir: ”Camaat dirisinə 5 layk yığammır, ölümüynən 500 layk yığan hörmətli atam, a layla!..”

 

Vallah, mənim anam kənddə kim can verir, hamısını ordan öyrənir. Deyir, qoy girim, görüm filankəsin atasına o gün dua eləmişdim, təsiri olub, yoxsa ölüb?

 

Keçid alırıq mağara, yəni “Mərasim evinə”. Burda da çox şeylər baş verir. Biri də budur: bir qadın (molla) gətirirlər ki, sən Allah, al bu 70 manatı, bizi ağlat. Bu xala da özünə bir əl qatır ki, vallah, gəl görəsən. 70 manatdan ötəri özünü bir həlak edir, bir həlak edir! Biri deyir, “halaldı, qəşəy ağladır adamı”. O biri deyir: “Bu lap 100 manatlıq ağladır e, mən də çağıracam öz yasımıza”. Molla xala da yerdən bu söhbətləri eşidib səsini bir az da qaldırır, vallah, “Ana segahına” nətər başlayırsa, gözləyirsən ki, ardı “Leyli can, Leyli”yə çevirəcək, amma nədənsə çevirmir.

 

Vallah, bu gedişlə gözləyirəm, bir azdan yaslara rəqqasə də dəvət edələr. Ağır havaya qəmli-qəmli meyitin ətrafında yallı getmək üçün. Hələ fotoqraf da çağıran olacaq: Feysbuka şəkil qoymaq istəyən olar birdən. Təsəvvür edin, fotoqrafa yaxınlaşırsan ki:

 

– Atam, şəkil neçəyədi?

 

– Bacımsan, mərhumla 10 AZN, mərhumun yaxın qohumlarıyla 5 AZN. Tək, qırağı qara lentli isə 3 AZN.

 

– Çox sağ ol, atam.

 

Hələ mollanın vizitka paylamağı var, pəəhh.

 

Hə, yeri gəlmişkən, 3 dəqiqə bundan qabaq da Filankəs xalanın qayınanası rəhmətə gedib. Qohum əqrəbaları da statusa “halaldı sən kimi gəlinə ki, qayınanana belə qiymət verirsən”, “O evi başacan yeyəsən bala”, – kimi şərhlər yazıb və yas evinə yollanıblar. Başın sağ olsun, Filankəs xala. Halaldı, əlli gəlinsən…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə Baş Qərargah rəisini prezident təyin edəcək, 38 min məhbus azad edilir

Next Post

Dollar bahalaşmağa davam edir

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Dollar bahalaşmağa davam edir

FSB Güləni necə çökdürdü?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.