Türk mediası xəbər verir ki, son günlərdə CHP-də Atatürkün portretinin endirilməsi təkcə partiyada deyil, eyni zamanda cəmiyyətdə ciddi rezonanasa səbəb olub. Məsələ bu gün CHP lideri Kamal Kılıcdaroğlunun iştirakı ilə partiyanın İntizam komissiyasının iclasında müzakirəyə çıxarılıb.
4 saat davam edən iclasda araşdırmalar nəticəsində Atatürkün portretini endirən şəxsin Ankara milət vəkili Aylin Nazlıaka olduğu bəlli olub və müzakirələrin yekunu olaraq adıçəkilən millət vəkili təşkilatın nizamanamə qaydalarını, o cümlədən rəhbər qurumun təmsilçisinə layiq olmayan hərəkətlərə yol verdiyinə görə partiya sıralarından xaric edilib.
Qeyd edək ki, CHP-li millət vəkili olan Nazlıaka Türkiyə Böyük Millət Məclisində partiyanın otağında Atatürkün portretini çıxarıb. Bu isə ciddi narazılığa səbəb olub.
Nazlıaka isə ona bu göstərişi digər Ankara millət vəkili Necati Yılmazın verdiyini deyib.
Yılmaz bunu on atılan böhtan olduğunu desə də, o zaman artıq partiya sıralarından xaric edilən Aylin Nazlıaka iclas salonun tərk etmişdi.




