"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Atbulaqla Atletlər kəndini səhv salan sürücü…

13 İyun 2015 - 10:31
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Atbulaqla Atletlər kəndini səhv salan sürücü...

Atletlər kəndindəki qəza baş verməzdən bir gün əvvəl Bakıya gələn qonaqların ehtiyatlı olmasına dair məsləhətlər nəzərdə tutan bir vərəqə yayılmışdı və orada yol keçərkən ehtiyatlı olmaq tövsiyə olunurdu.
Ancaq bu, turistlər, əcnəbi qonaq-tamaşaçılar üçün idi. Avstriyalı idmançıların ağlına belə gəlməzdi ki, səki ilə getdikləri yerdə üzbəüz gələn avtobus sürətlə burulacaq və onları vurub atacaq.
Onların prizmasından bu, gözlənilməz qəzadır. Heç kəs onları ehtiyatlı olmamaqda qınaya bilməz.
Burada bircə nəfər ehtiyatlı olmalı adam vardı, o da həmin o son model avtobusun məsuliyyətsiz sürücüsü idi. O da ehtiyatlı olmadı, avtobusu illərlə necə idarə edirdisə, elə etdi. Nəticədə özünü də bədbəxt günə qoydu, yazıq idmançıları da.
Qəzanın videogörüntüləri yayılıb. Hər şey açıq-aydın görünür. Heç bir qəza şəraiti yoxdur. İdmançılar səkiylə gedir. Şəhərciyin arasında yolda isə nə bir maşın var, nə də sürücünün diqqətini yayındıra biləcək piyada, yaxud it-pişik. Ancaq adam avtobana çıxıbmış kimi qazlayır, 10 metrdən sonra dönəcəyini bilə-bilə əyləci basmır, gəldiyi kimi də dönür və qəza törədir.
Bu şəxsə bəraət yoxdur. Ona görə yox ki, o, uzun müddətdən bəri üstündə əsdiyimiz Avropa Oyunlarının başlanması ərəfəsində qanqaraçılıq yaratdı və ölkəmizin adını batırdı, sırf ona görə ki, öz məsuliyyətsizliyi və səriştəsizliyi ilə insanları şikəst etdi.
Onun yerində Azərbaycan vətəndaşları, hər birimizin əzizləri də ola bilərdi. Necə ki, illərdir, olur. Son illərdə bəlkə də avtobus qəzası baş verməyən günləri tapmaq olar, amma həftə tapmaq olmaz. Az qala günaşırı belə hadisələr olur.
Bu cür xəbərləri qəzetçilər adətən “Daha bir avtobus qəzası” başlığı ilə verirlər və artıq “daha bir”lərin hesabını itiriblər.
Media illərdir bu mövzuda yazır. Bir-iki il öncə jurnalist araşdırmaları  ortaya çıxarmışdı ki, paytaxtda marşrut avtobuslarında çalışan yüzlərlə sürücünün heç sürücülük vəsiqəsi yoxdur, vəsiqəsi olanların da əksəriyyətinin sənədi isə əslində avtobus idarə etmək üçün deyil.
Bu gerçəklik ortaya çıxandan sonra guya ki, tədbirlər görüldü, nəqliyyat şirkətləri sənədi qaydasında olmayan sürücüləri kənarlaşdırdı, ancaq bu, problemin həlli üçün yetərli olmadı.
Daha bir araşdırma nəticəsində bəlli oldu ki, avtobus sürücüləri yol hərəkəti qaydalarını kobudcasına pozur, hətta yolu işıqforun qırmızı işığına məhəl qoymadan keçirlər, istədikləri vaxt yolun düz ortasında saxlayıb sərnişin götürür-endirirlər və heç bir cəza almırlar.
Buna görə də avtobus sürücüləri kütləvi şəkildə özlərini qanun-qaydaların fövqündə hiss edir, imtiyazlı sayırlar.
Atletlər kəndində baş verən qəzanın mayası məhz buradadır, sürücülərin beyninə həkk olunub ki, onlar maşını istədikləri kimi sürə bilərlər.
Görünür, avstriyalı idmançı qızları vuran sürücü sadəcə Atletlər kəndi ilə Atbulaq kəndini qarışdırıb, elə bilib ki, burda da elə sürə bilər.
Azdan-çoxdan dünyanı, xüsusilə də Avropanı gəzən oxucularımız şəhadət verə bilərlər, mədəni ölkələrdə nəzərdə tutulmuş yerlərdə piayadaya yol verməyən, səkiyə çıxıb piyadanın hərəkətinə mane olan, şəhər içində qəza törədən sürücü yoxdur. Hər kəs qanun-qaydaya hərfbəhərf, rəqəmbərəqəm riayət edir.
Bu, onlarda öz-özünə yaranmayıb. Bu xüsusda güzəştsiz davranan dövlət strukturları illərlə, bəlkə də on illərlə qayda pozanları cərimə sanksiyalarına məruz qoya-qoya, heç bir ayrı-seçkilik etməyə-etməyə (“bu, filankəsin qohumudur”, “bu bizim adamdır” və s.), indiki durumun yaranmasına, hamının nizam-intizamlı olmasına nail olublar. İstənilən mədəni ölkədə, istənilən nümunivəi şəhərdə sürücüləri bir neçə ay ərzində özbaşına  buraxsalar, yenə vəziyyət pisliyə doğru dəyişəcək, düzən pozulacaq.
Başqa sözlə, bu, elə məsələdir ki, işi sürücülərin mədəni səviyyəsinə, vicdanına buraxmaq olmaz. Qanun-qaydaya riayət o qədər ciddi olmalıdır ki, vicdansızlıq, məsuliyyətsizlik edən şəxslər dərhal kənara atılsın və onlar vicdansızlığı ictimaiyyətin zərər çəkməsinə səbəb olmasın.
Təəssüf ki, hər şeyə barmaqarası baxıldığı, hər şeyi yola verməyin dəb olduğu ölkəmizdə bu, hələlik mümkün deyil.
Yazar : Xalid KAZIMLI
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Next Post

Saakaşvilinin 268 dollarlıq maaşı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Saakaşvilinin 268 dollarlıq maaşı

İlk qələbə güləşçimiz Orxandan gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.