Noyabrın 30-dan dekabrın 1-dək Skopyedə ATƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Təşkilatın press-relizində qeyd olunduğu kimi, ATƏT-in 57 ölkəsinin xarici işlər nazirlərinin illik görüşü Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in sədri vəzifəsini icra edən Buyar Osmaninin dəvəti ilə keçiriləcək.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya görüşə hazırlaşır. 2022-ci ilin noyabrında o vaxt ATƏT-in sədri olan Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin 2022-ci ildə iştirakdan imtina edib.
Yeganə






