"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Atılmış qadının dodaqları – KNUT HAMSUN

10 Sentyabr 2014 - 15:52
in MƏDƏNİYYƏT

ÜZÜK hekayəsi  1410334575standard_hamsun_portrett

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayır və öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı? Deyəsən, bayaq pəncərə qarşısında dayanan gənc  centlmeni –  əyninə mundir geymiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə məhəbbətlə baxırdı ki…  Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim: – Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə? Ardınca onu sevgi macərası yaşamaq haqdakı arzusunun heç də yaxşı fikir olmadığı ilə bağlı xəbərdar etmək üçün öz nişan üzüyümü çıxarıb dedim: – Bax, sənin üzüyün mənə balacadı, barmağımı sıxır. Bəlkə, onun ölçüsünü böyütmək üçün zərgərə verəsən. Qadın əlini qaldıraraq pıçıldadı: – Onu mənə ver. Tezliklə düzələr. Və mən üzüyü ona verdim…   Onunla bir ay sonra rastlaşdıq. Üzüyün aqibəti haqda soruşmaq istəsəm də, soruşmadım. Zaman səbrlidi, mən də səbr edib qadını tələsdirməmək qərarına gəldim. Bu zaman o, baxışlarını aşağı dikib: – Bəla üz verib, mən üzüyü haradasa gizlətmişdim, indi isə tapa bilmirəm. – Mənim susduğumu görüb narahatlıqla əlavə etdi. – Buna görə mənə qəzəblənmirsən ki? – Yox. Aman Allah, ona qəzəblənmədiyim üçün elə arxayınlıqla çıxıb getdi ki…   Beləcə bir il keçdi. Bir gün köhnə yerlərə üz tutub, mənə olduqca tanış olan küçə ilə yürüməyə başladım. Budur, onunla yenidən görüşdük. Gözləri bir az daha mavi, bir az daha parlaq idi. Dodaqları isə sanki xeyli böyümüş və soluxmuşdu. Məni görən kimi uzaqdan səsləndi: – Bax, sənin üzüyündü, nişan üzüyün. Onu tapdım, əzizim. O, artıq böyükdür və barmağını sıxmayacaq. Mən bu tərk olunmuş qadına, onun soluxmuş dodaqlarına, sonra isə üzüyə baxdım. Qadına təzim edərək yalnız bunu deyə bildim: – Ah… deyəsən, bizim bu üzüklə bəxtimiz heç gətirmir. O,  indi də barmağıma böyük gəlir.

Tərcümə: Xatirə Nurgül

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səlim Müslümov: “Kim bacarmırsa, yol açıqdır, gedə bilər”

Next Post

Başına ağac düşən məşhur aktrisa öldü

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Başına ağac düşən məşhur aktrisa öldü

Türkiyə İŞİD əleyhinə koalisiyada

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.