"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Atletiko Madrid” formalarında Bakı 2015-in loqotipi əks olunacaq

07 Fevral 2015 - 15:51
in İDMAN

“Atletiko Madrid” formalarında Bakı 2015-in loqotipi əks olunacaq

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bakı 2015 Avropa Oyunları İspaniyanın futbol çempionları “Atletiko Madrid” komandasının formalarında ilk Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalayıb.

Bakı 2015 Avropa Oyunları İspaniyanın futbol çempionları “Atletiko Madrid” komandasının formalarında ilk Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalayıb.

APA-nın xəbərinə görə, “Atletiko Madrid”in hazırkı turizm mövzulu “Azərbaycan – Odlar Yurdu” sponsor loqotipi bu gün günorta saatlarında Vinçente Kalderon stadionunda keçiriləcək “Atletiko”nun rəqibi Real Madridə qarşı oyununda yenilənəcək.
“Atletiko Madrid” komandasının baş icraçı direktoru Migel Anxel Gil Marin bildirib ki, oyunçuları bu gündən etibarən 2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniyanın futbol çempionatı olan La Liqanın oyunlarında çıxışı zamanı böyük qürur hissi ilə Bakı 2015 loqotipli formalarını geyinəcəklər: “İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq”.
Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna isə deyib ki, “Atletiko Madrid” İspaniyanın La Liqa çempionu və dünyanın ən tanınmış futbol klublarından biridir: “Bakı 2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur”.
Qeyd edək ki, “Altetiko Madrid” hazırda ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir və həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçları adətən Avropa və bütövlükdə dünyada milyonlarla ta­­­maşaçı tərəfindən izlənilir.
Bakı 2015 ilk Avropa Oyunları 12 iyun 2015 tarixindən 28 iyun 2015-ci il tarixlərində baş tutacaq, qitə üçün həyəcan verici və innovativ çoxşaxəli idman tədbiridir. Bakı 2015-də cəmi 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü. Avropanın 6 mindən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.
11 idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan verəcək. Bu idman növlərinə Oxatma, Atletika, Boks, Velosiped yarışları, Atıcılıq, Masaüstü tennis, Üzgüçülük, Taekvando, Triatlon, Güləş və Voleybol daxildir.
Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə Oyunları təşkil edəcək və keçirəcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ səfiri: “Erməni məsələsində mövqeyimiz dəyişməzdir…”

Next Post

Dubay şeyxinin inanılmaz həyatı (FOTO)

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Dubay şeyxinin inanılmaz həyatı (FOTO)

Şimali Koreya yeni raketi sınaqdan keçirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.