“Atletiko”nun müdafiəçisi Sezar Aspilikueta 8-12 həftə meydana çıxa bilməyəcək.
Elchi.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, o, İspaniya kubokunun son 1/8 finalında “Real”a qarşı matçda (4:2) zədələnib. 34 yaşlı müdafiəçinin xarici menisküsü cırılıb. Yaxın saatlarda Azpilikuetanın müalicəsinin formatı ilə bağlı qərar veriləcək.
Xatırladaq ki, o, matçın 106-cı dəqiqəsində meydana çıxsa da, zədə səbəbindən artıq 116-cı dəqiqədə əvəzlənib.






