"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Auditorlar və qiymətləndiricilər bir araya gəlir – “Bakı KOB evi”ndə müqavilə imzalandı

27 Dekabr 2023 - 11:08
in İQTİSADİYYAT

Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Mərasimdə audit və qiymətləndirmə şirkətlərinin rəhbərləri, KOBİA təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İcra Aparatının rəhbəri Azər Niftiyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Auditorlar Palatasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, müqavilədə kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. 2023-cü il iyul ayında KOBİA İctimai Şurasının təşəbbüsü ilə “Audit və qiymətləndirmə” mövzusunda keçirilən ictimai dinləmədən sonra ARAP və AQC arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədr

KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov tədbir iştirakçılarına sədr Orxan Məmmədovun salamlarını çatdırıb. KOBİA rəsmisi qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sektorları təmsil edirlər. Samir Hümbətov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini diqqətə çatdırıb. ARAP və AQC arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.

Azərbaycan Respublikasının Auditorlar Palatasının (ARAP) sədri, professor Vahid Novruzov KOBİA-nın rəhbərliyinə verdiklərə dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. O bildirib ki, rəhbəri olduğu Palata ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. KOBİA-nın dəstəyini qeyd edən Vahid Novruzov AQC sədri Vüqar Orucla bu mövzuda müzakirələr apardığını söyləyib. Müqavilənin mahiyyətindən bəhs edən Vahid Novruzov auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasını dövrün tələbi adlandırıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan auditorlar və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının labüd olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA-nın xüsusi xidməti olub. Buna görə, KOBİA-nın sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Orucun Əməkdaşlıq Müqaviləsində qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını vurğulayıb. “Şəffaflığın təmin olunması, faydalı və qarşılıqlı əlaqələrin artırılması baxımından bu müqavilənin mühüm əhəmiyyəti var” – Vüqar Oruc söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Auditorlar Palatası (ARAP) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləni ARAP və AQC sədrləri Vahid Novruzov və Vüqar Oruc imzalayıblar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kim Çen 2023-cü ilin uğurunu açıqladı

Next Post

Baş nazirdən Mərkəzi Bankla bağlı qərar

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Qafqazda suyu ən azı olan ölkə… – Baş nazir

Baş nazirdən Mərkəzi Bankla bağlı qərar

FHN-də “Heydər Əliyev İli” ilə bağlı növbəti tədbir – Foto

FHN-də “Heydər Əliyev İli” ilə bağlı növbəti tədbir - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.