"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avarçəkmədə ilk tarixi hadisə

24 Avqust 2014 - 08:03
in İDMAN

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Ötən gün Azərbaycan idmanında tarixi hadisə baş verib. img1623842
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölkəmiz ilk dəfə avarçəkmə növləri üzrə olimpiya medalı əldə edib. Bu uğura Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənimiz Boris Yotov imza atıb.
18 yaşlı avarçəkən 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq, gümüş medal qazanıb. Yotov olimpiya çempionluğuna da yaxın olub. Məsafənin yarısını o, hamıdan öndə keçib. Lakin finişə doğru liderliyini əldən verən avarçəkənimiz yekunda almaniyalı 2 qat dünya çempionu Tim Ole Naskeni özündən 0,6 saniyə irəli buraxıb. Bürünc medala isə 3 dəqiqə 22,21 saniyə nəticə ilə kanadalı Dan de Qrut layiq görülüb. Böyük britaniyalı Kris Louri (3:23.89) 4-cü, polşalı Matyuş Svitek (3:28.31) 5-ci, kubalı Orlando Sotolonqo (3:32.14) 6-cı olub.
Əvvəllər ölkəmiz olimpiadalarda avarçəkmə növləri üzrə 2 dəfə təmsil olunub. 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoeçimiz Radoslav Kutsev 5-ci yerlə kifayətlənib. 2012-ci il London Yay Olimpiya Oyunlarında Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 4-cü, akademik avarçəkənimiz Aleksandr Aleksandrov 5-ci yeri tutub. Onların hamısı medala çox yaxın olmalarına baxmayaraq, fəxri kürsüyə qalxa bilməyiblər. Amma Yotov bunu bacarıb.
Qeyd edək ki, Boris Yotov cəmi 18 yaşının olmasına baxmayaraq, böyüklər arasında da nüfuzlu yarışlara qatılır. O, hətta 2 ay öncə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə Yotov Çindən birbaşa Hollandiyanın paytaxtı Amsterdama yollanacaq. Təmsilçimiz avqustun 24-də start götürəcək dünya çempionatına qatılacaq.
Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Obama Suriyaya girmək niyyətindədir

Next Post

Jirinovskinin Kiyevdə terror hazırlayan adamları tutuldu

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Jirinovskinin Kiyevdə terror hazırlayan adamları tutuldu

İŞİD liderləri öldürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.