"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AVCİYA referendumla bağlı ilkin hesabatını təqdim etdi

26 Avqust 2016 - 13:02
in XƏBƏR LENTİ

AVCİYA referendumla bağlı ilkin hesabatını təqdim etdi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı uzunmüddətli müşahidə həyata keçirir.
APA-nın xəbərinə görə, assosiasiya uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını bu gün ictimaiyyətə təqdim edib.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov uzunmüddətli müşahidə missiyasının məqsədi barədə məlumat verib. AVCİYA  Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, referendum prosesi ilə əlaqədar qanun pozuntuları, referendumla bağlı qanunvericilik bazası, referendum ərəfəsində ölkədəki siyasi mühit, MSK, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının fəaliyyəti, təşviqat kampaniyası və referendum gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətin icrasına iyunun 26-dan başlayıb.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, ilkin hesabat 26 iyun-26 avqust tarixlərini əhatə edir: “Azərbaycanın Avropa Şurası qarşısında götürülən öhdəliklərdən biri azad və şəffaf seçkilərin keçirilməsidir. Bu prosesdə isə müşahidəni QHT-lər həyata keçirməlidir. AVCİYA da beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi referendumla bağlı uzunmüddətli müşahidəni həyata keçirir”.
M. Zülfüqarlı qeyd edib ki, ilkin hesabata Azərbaycanda keçirilmiş referendumlar haqqında məlumat, referendum öncəsi siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio (“İctimai” və “Azadlıq” radioları), 9 qəzet (3 iqtidaryönümlü – “Azərbaycan”, “Xalq”, “Bakinskiy raboçiy”, 3 neytral – “Ədalət”, “525-ci qəzet”, “Şərq”, 3 müxalifət – “Azadlıq”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi” qəzetləri) və 2 informasiya agentliyinin (APA və Turan) monitorinqi öz əksini tapıb: “Müsbət hal ondan ibarətdir ki, monitorinq aparılan 13 KİV-in yönümündən asılı olmayaraq hamısında referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa, 13 KİV-in hamısında referenduma dair neytral məlumatlar da geniş yer alıb. Lakin 8 KİV-də (“Azərbaycan”, “Xalq”, “Bakinskiy raboçiy”, “Ədalət”, “525-ci qəzet”, “Şərq” qəzetləri, “İctimai” radio, APA informasiya agentliyi) referendum əleyhinə heç bir məlumat verilmədiyi halda, 5 KİV-də (“Azadlıq”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi” qəzetləri, “Turan” informasiya agentliyi, “Azadlıq” radiosu) mənfi məlumatlar verilib. Bunu da ölkədə demokratik mühitin göstəricisi hesab etmək olar. Başa sözlə, bu KİV-lərdə referendum barədə 117 müsbət, 205 neytral, 72 mənfi münasibəti əks etdirən məlumat işıq üzü görüb. Azərbaycan regionda ən stabil ölkədir. Bu da demokratik, şəffaf referendum keçirilməsinə imkan verir. Siyasi qüvvələr arasında elə bir ziddiyyət müşahidə olunmur. Tövsiyələrimizdən biri iqtidarla müxalifət arasında dialoqun aparılması olacaq”.
M. Zülfüqarlı uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabatın sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcəyini söyləyib: “Referendum zamanı 62 dairənin 3000 məntəqəsində müşahidə aparılacaq. Müşahidəçilər seçici fəallığı və qanun pozuntusunun baş verib-verməməsini diqqət mərkəzində saxlayacaq. Aralıq hesabat sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcək. İlkin hesabat referendumun keçirildiyi günün sabahı, sentyabrın 27-də təxminən saat 10-11-də, yekun hesabat isə oktyabr ayının 10-na kimi açıqlanacaq. AVCYA-nın referendumda müşahidə aparması üçün bu günlərdə MSK-ya müraciət ediləcək”.
M. Zülfüqarlı referendumda “Yeni Azərbaycan”, “Bələdiyyə”, “Vətəndaş təşəbbüsü” təşviqat qruplarının qeydiyyata alındığını nəzərə çatdırıb: “Azərbaycan hökuməti Avropa Şurasına referendumun müşahidəsi ilə əlaqədar müraciət edib. Bu barədə qərar sentyabrın 5-də veriləcək. Venesiya Komissiyasına gəlincə, əvvəlki dönəmlərdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanla bu qurum arasında əməkdaşlığa ehtiyac olub. Azərbaycan sürətlə inkişaf edir və böyük uğurlara nail olmuşuq. Azərbaycan hakimiyyəti indiki halda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müraciət etməyə ehtiyac duymayıb. Bir məqamı da deyim. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda mövqe belədir ki, Azərbaycan parlamentli respublika modelinə keçməlidir. Bu qurumun keçirdiyi tədbirlərin birində mən də iştirak etmişəm. Mən o tədbirdə də söz alıb dedim km, torpaqlarının 20 faizi işğal altında olan ölkədə güclü prezident hakimiyyətinə ehtiyac var”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAXCP sədri “Qəbələ” və “Qarabağ” klublarını təbrik edib

Next Post

Türkiyə və Ərdoğan böyük təhlükədədir— «Financial Times»dan şok məqalə

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyə və Ərdoğan böyük təhlükədədir— «Financial Times»dan şok məqalə

Əli Kərimli: “Məni həbs edəcəklər”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.