"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avrasiya forumunda Dağlıq Qarabağ qalmaqalı…

28 Noyabr 2014 - 21:04
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Tatarıstanın paytaxtı Kazan şəhərində “Avrasiyaya inteqrasiya: nailiyyətlər və problemlər” adlı II İctimai Forum keçirilir.img1690477
Virtualaz.org xəbər verir ki, forum Rusiya Dövlət Dumasının Avropa klubu nəzdindəki “Avrasiya dialoqu” təşkilatının təşəbbüsü, “Rossotrudniçestvo” Federal Agentliyinin və Tatarıstan hökumətinin dəstəyi ilə keçirilir.
Azərbaycan Milli Məclisinin üzvləri Rauf Əliyev və Aydın Mirzəzadə də Rusiyanın hakim Vahid Rusiya Partiyasının dəvəti ilə həmin foruma qatılıblar.
Gözləntilərin əksinə olaraq azərbaycanlı deputatlar Ermənistanla işğal olunmuş Dağlıq Qarabağ arasında gömrük postlarının qoyulması məsələsini qaldırmayıblar. Bunun əvəzində tədbirdə başqa bir siyasi qalmaqal yaşanıb. Belə ki, forumun sessiyasında Avrasiya İttifaqı barədə videoçarx nümayiş olunub və yeni postsovet iqtisadi birliyinin xəritəsi göstərilib.
Qonşu dövlətlər, o cümlədən Azərbaycan da xəritədə göstərilib. Amma Qarabağ nədənsə Azərbaycanın tərkib hissəsi kimi təqdim edilməyib. Yəni Azərbaycan həmin siyasi xəritəyə işğaldakı torpaqlar nəzərə alınmadan salınıb. Doğrudur, amma Qarabağ heç Ermənistanın da xəritəsinə salınmayıb.
Tədbirin təşkilatçıları, yəni Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin hökumət nümayəndələri tərəfindən hazırlanaraq forum iştirakçılarına təqdim edilən bu yeni siyasi xəritə Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub.
Deputat Aydın Mirzəzadə sessiyada çıxış edərək deyib ki, o, yeni ittifaqa daxil olan ölkələrin vətəndaşlarının 2015-ci ilin yanvarından etibarən Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etməyə başlayacaqlarından ehtiyatlanır.
Forumun təşkilatçılarının, o cümlədən Tatarıstan hakimiyyətinin bu hadisəyə münasibəti isə özünəməxsus və qeyri-adi olub. Onlar Qarabağın xəritədə Azərbaycanın tərkibindən çıxarılmasına heç cür ağlabatan izah verə bilməyib və Azərbaycan tərəfinə bu xəritədə korrektələr etməyi məsləhət görüblər.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, deputat Fırat Səidin forumdakı çıxışı da yaddaqalan olub. Türkiyəli deputat AKP-nin adından bir daha bəyan edib ki, rəsmi Ankara uydurma “erməni genosidi”ni tanımır və tanımayacaq, Türkiyə bu məsələni yalnız sadəcə elmi-tarixi aspektdən müzakirə etməyə hazırdır.
F.Səid Rusiyanı Krımın ilhaqına görə də ittiham edib. Türkiyəli deputat daha sonra Qarabağ məsələsinə toxunaraq Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsi tələbini irəli sürüb.
Forum öz işini sabah başa çatdıracaq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şeyxdən maraqlı açıqlama: “İŞİD SSRİ Əfqanıstana girəndə yarandı” – MÜSAHİBƏ

Next Post

Məmməd Aslan Fətullah Gülənlə bağlı kitab yazacaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Məmməd Aslan Fətullah Gülənlə bağlı kitab yazacaq

Oğlunu öldürən qatilin şok etirafları: "Üzümü yana çevirib..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.