"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avrasiya İttifaqına görə Azərbaycana rus basqısı varmı…

17 May 2016 - 09:59
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img2084304

Elxan Şahinoğlu: “Abdulatipovun gəlişinə Putin xeyir-dua vermişdi ki…”

Rusiyanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün ötən ilin sonlarınadək Azərbaycana müxtəlif formalarda təzyiq etdiyi açıq görünürdü. Lakin son aylarda sanki Avrasiya İqtisadi İttifaqı məsələsi bir qədər arxa plana keçmişdi. 

Təxminən bir həftə öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Vladimir Putinlə görüşdükdən sonra isə belə xəbərlər yayıldı ki, Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi İttifaqına daxil olmağa razı salmağa çalışır. Qeyd olunur ki, Rusiya prezidenti indi də bu yolla Azərbaycana təsir göstərmək istəyir. Bəs bunu Rusiyadan Azərbaycana basqı hesab etmək olarmı? Hazırda Avrasiya İqtisadi İttifaqına qoşulması üçün Azərbaycana rus basqısı varmı?

 

Politoloq Elxan Şahinoğlu öncə bildirdi ki, Avrasiya İqtisadi İttifaqı ideyası əslində vaxtilə elə Nazarbayevin planı olub: “1990-cı illərdə onun ”Nezavisimaya qazeta”da böyük bir məqaləsi də dərc olunmuşdu. O zaman Rusiyanın prezidenti Boris Yeltsin idi və Nazarbayevin bu ideyasına o qədər ciddi maraq göstərmirdi. Amma Vladimir Putin ikinci dəfə hakimiyyətə gəlməmişdən öncə “İzvestiya” qəzetində bir məqalə yazdı və bu ideyanı transformasiya olunmuş şəkildə ortaya atdı. Halbuki bu ideya Nazarbayevə məxsus idi. Ona görə də Nazarbayev də Putinin gündəmə gətirdiyi ideyanı dəstəklədi. Qazaxıstan və bir neçə dövlət də bu quruma üzv oldular. Amma indi üstündən bir neçə il keçib, Nazarbayev özü Avrasiya İqtisadi İttifaqından narazıdır. Çünki düşünülən inteqrasiya proseslərinə sürət verə bilmədi. Bunun da obyektiv səbəbləri var. Dünyada iqtisadi böhran yaşanır, Rusiya Krımı işğal edəndən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar elan etdilər və bu da Avrasiya İqtisadi İttifaqına təsir etdi. Əslində Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko bunu açıq deməsələr də Putinin Krımi işğal etməsindən çox narazı qaldılar”.

Politoloqun sözlərinə görə, şübhəsiz, Rusiya istəyər ki, Avrasiya İqtisadi İttifaqı genişlənsin: “Amma mən hesab etmirəm ki, hazırda bunun üçün Rusiyadan Azərbaycana güclü basqı var. Azərbaycana təzyiq digər istiqamətlərdə ola bilər ki, Azərbaycan NATO-ya qoşulmasın, Avropa Birliyi ilə münasibətlərdə məsafə saxlasın, Rusiya ilə daha sıx ikitərəfli yaxınlaşma etsin. Prinsipcə Azərbaycan onsuz da bunların hamısını edib. Azərbaycan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO üzvlüyünü qarşısına hədəf qoymayıb, Avropa Birliyi ilə assosiativ saziş imzalamayıb. Rusiyanın bu və digər istəkləri Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır. Hətta Azərbaycan tərəfdən belə bir təşəbbüs də irəli sürülə bilər ki, əgər Rusiya hakimiyyəti Ermənistana təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsə, Azərbaycan həm Avrasiya İqtisadi İttifaqına, həm də Gömrük İttifaqına üzvlük məsələsini gündəmə gətirə bilər. Belə olduğu halda bunu Azərbaycan üçün elə böyük təhlükə görmürəm. Bu, iqtisadi bir layihədir və qorxmağa dəyməz. Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvüdür, bu o demək deyil ki, biz müstəqilliyimizdən vaz keçmişik. O başqa məsələdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilmərik. Çünki bu, hərbi qurumdur və burada Ermənistan da var”.

““Azərbaycanda təşəbbüs də irəli sürülə bilər ki, Rusiya Ermənistana təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına və Gömrük İttifaqına üzvlük məsələsini gündəmə gətirə bilər”

E.Şahinoğlu onu da qeyd etdi ki, Dağıstan prezidenti Ramzan Abdulatipovun ötən həftə Azərbaycana səfərini Kremlin Azərbaycana təzyiqi kimi qiymətləndirmək yanlışdır: “Abdulatipovun gəlişinə Putin xeyir-dua vermişdi ki, Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirin. Çünki həm Putin, həm də Abdulatipov başa düşür ki, bölgənin açar dövləti Azərbaycandır, Azərbaycan iqtisadi zəngin ölkədir və müəyyən yatırımlar həyata keçirə bilər. Necə ki, Azərbaycan artıq Həştərxanda müəyyən sərmayələr qoyub işlər görür. İndi istəyirlər ki, Dağıstanda da bu işlər görülsün. Dağıstan riskli bölgədir. Orada terror geniş vüsət alıb, korrupsiya var. Amma buna baxmayaraq, Azərbaycan orada ortaq müəssisələr aça bilər. Amma məsələ burasındadır ki, Rusiya özü bu işdə nə dərəcədə sonadək səmimidir. Çünki Azərbaycan kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac edəndə Dağıstanda sərhəddə Rusiya tərəfi müəyyən problemlər yaradır. Yəni əgər Rusiya istəyirsə ki, Azərbaycan Rusiya ilə daha da yaxınlaşsın, bunun birinci yolu Dağıstan-Azərbaycan iqtisadi əməkdaşlığının genişlənməsinə zəmin yaratmaqdır. Əgər Rusiya bizə Dağıstan üzərindən maneələr yaratmasa, biz də Dağıstanda ortaq müəssisələr yaradarıq, lojistik mərkəzlər yaradarıq. Rusiya bir tərəfdən nə isə istəyir, amma bu istəyinin qarşısında bütün lazımi addımları atmır. Addımları atmadığı üçün də Azərbaycan gözləmə mövqeyində dayanır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Obama ABŞ tarixində ən pis prezidentdir` – Tramp

Next Post

Neftimiz 50 dolları keçdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftimiz 50 dolları keçdi

“Su anbarının fəaliyyəti təcili dayandırılmalıdır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.