Bu gün Avropa Çempionatında yarımfinalın ilk görüşü keçirilib.
AzVision.az xəbər verir ki, ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri qarşılaşıb.
Oyun Portuqaliya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Portuqaliya Avro-2016-nın ilk finalçısı olub.
Digər yarımfinalda Fransa ilə Almaniya üz-üzə gələcək. Oyun iyulun 7-də, Marsel şəhərində keçiriləcək.




