Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu barədə UEFA İcraiyyə Komitəsinin (İK) iclasında qərar qəbul olunub.
54 milli 5 və ya 6 komandadan ibarət olmaqla, 10 qrupa bölünəcək. 1-ci və 2-ci yeri tutanlar final mərhələsinə 24 vəsiqə uğrunda sahib olacaqlar. Daha 4 yerin sahibi isə Millətlər Liqasının “pley-off”unda iştirak edən komandalar olacaq.
Qeyd edək ki, “Avro-2020″nin qrup mərhələsinin 3 oyunu və 1/4 final matçlarından 1-i Bakıda keçiriləcək.




