UEFA 2032-ci il Avropa Futbol Çempionatının (AVRO 2032) Türkiyə və İtaliyanın ev sahibliyi edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, UEFA 2032-ci il Avropa Futbol Çempionatına ( AVRO-2032 ) ev sahibliyi etmənin Türkiyə və İtaliyanın ortaqlığına verildiyini açıqlayıb.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən UEFA İdarə Heyətinin iclasından sonra keçirilən mərasimdə AVRO 2032-nin Türkiyə-İtaliya tərəfdaşlığına verildiyi açıqlanıb. Hər iki ölkə qarşılaşmaların keçiriləcəyi 5 şəhəri müəyyənləşdirəcək. Açılış oyunu bir ölkədə, bağlanış oyunu isə başqa ölkədə keçiriləcək.
Mərasimdə AVRO-2028-ə ev sahibliyinin Böyük Britaniya və İrlandiya Respublikasının tərəfdaşlığına verildiyi açıqlanıb.
İdarə heyəti toplantısının ardından təşkil edilən mərasimdə UEFA prezidenti Aleksander Ceferin, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, İtaliya Futbol Federasiyasının prezidenti Gabriele Gravina və iki ölkənin nümayəndə heyətləri birlikdə mətbuat üçün pozalar verib.
Başçı Mehmet Büyükekşi, Başçı Köməkçisi Mustafa Eröğüt, Baş katib Kadir Kardaş və Türkiyənin AVRO 2032 namizədliyindəki futbol səfiri Hatayspor baş məşqçisi Volkan Dəmirəl böyük sevinc yaşadı.
Nuranə Məmmədova




