Avrokubokların mükafat fondu artırılacaq.
Bunu UEFA-nın prezidenti Aleksander Çeferin açıqlayıb.
O bildirib ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mükafat fondu 11 faiz yüksələcək: “Klub turnirlərinin mükafat fondu 11 faiz 2,7 milyard avrodan artıq məbləğə qədər yüksələcək. Bu, bütün futbol piramidasına təsir edəcək. Gənc futbolçuların inkişafı üçün avrokuboklarda oynamayan klublara verilən həmrəylik ödənişləri 60 faizədək artacaq”.
Qeyd edək ki, hər mövsüm Azərbaycanın 4 klubu avrokuboklarda iştirak edirsə, Premyer Liqanın digər 4 komandası kənarda qalır.





