UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Eyni saatda başlayan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
“Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə) – 1:0 və “Şaxtyor” (Donetsk, Ukrayna) – “Sevilya” (İspaniya) – 2:2.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri bir həftə sonra keçiriləcək.




