Bəzi Avropa ölkələri 39 dərəcə Selsiyə qədər anomal isti dalğalarını proqnozlaşdırıb. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Hazırda Avropanın şərq hissəsi yüksək temperaturdan əziyyət çəkir. Aralıq dənizindəki oxşar hava kütlələrindən sonra Şərqi Avropaya isti hava dalğaları gəlib. Nəticədə Moldovada dempratur 39 dərəcədən yuxarı qalxıb. Mütəxəssislər xəbərdarlıq edir ki, avqustun 30-da Rumıniya, Moldova və Ukraynada da analoji temperatur müşahidə olunacaq. Artıq bu ölkələrin hakimiyyət orqanları vətəndaşları təhlükəli vəziyyətlə bağlı xəbərdar edib.
Havar Şəfiyeva




