"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa Azərbaycan üçün artiq keçmişdir?

25 İyul 2015 - 13:54
in XƏBƏR LENTİ

Avropa Azərbaycan üçün artiq keçmişdir?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Müstəqilliyinin cəmi 24-cü ilini yaşayan ölkə ilə bağlı keçmiş konteksində danışmaq əlbəttə ki, doğru deyil-əslində böyük işlər, böyük planlar hələ öndə öz növbəsini gözləyir…
Bu baxımdan ölkənin beynəlxalq və regional institutlara inteqrasiyası da heç də istisnalıq təşkil etmir…
Dünyaya inteqrasiya baxımından biz hələ çox az iş görmüş və çox az səy göstərmişik-Azərbaycan hələ də Dünya Ticarət Təşkilatının üzvü deyil, ölkənin Avropanın institutlarına inteqrasiyası baxımından da görəcəyi xeyli iş var…
Üstəlik, Avropa İttifaqının prezidentinin Bakıya səfəri dövründə və yaxuda da bundan çox azacıq sonra Avropanı keçmiş hesab etmək bir o qədər də korrekt görünmür…
Amma biz nə edə bilərik? Bizim işimiz dövlət və siyasət adamlarının çıxışlarından və bəyanatlarından nəticələr çıxarmaq, onları təhlil etməkdir. Bu baxımdan hökumətin sonuncu toplantısı bəzi nəticələr hasil etmək üçün olduqca əlamətdar oldu…
Həmin toplantıda açıq mətnlə deyildi ki, Azərbaycan özünün dünyaya inteqrasiyasının indiki səviyyəsini özü üçün yetərli hesab edir. Bundan cəmi bir neçə gün sonra isə Avropa İttifaqının prezidenti Bakıya səfər etdi və o, dövlət başçılarına layiq səviyyədə qəbul olundu…
Nə demək olar bu haqda? Biz o qədər də sadəlövh deyilik. Yaxşı dərk edirik ki, Azərbaycanın Avropa Birliyinə və NATO-ya inteqrasiyası yaxın illər üçün avropalıların planlarında yoxdur…
Bunu tamamilə ciddi deyir və öz sözlərimizə inanırıq. Amma məsələ təkcə üzv olmaqda deyil. Avropa Birliyinə üzv olmadan da onun siyasi dəyərlərini və modellərini götürmək, ölkənin müdafiə sistemini maksimum NATO standartlarına yaxınlaşdırmaq olardı…
Amma hiss olunur ki, bunu ölkədə hər şeydən az istəyirlər. Bəli, məsələnin də elə qəlizliyi ondadır ki, bizim siyasi elitanı məhz Avropanın standartları çəkindirir. Elə bu səbəbdən də son vaxtlar o cümlədən də Avropa ilə “soyuq məsafə” saxlanır. Biz bunun da hesabını özümüzə veririk. Ölkə Ukrayna kimi Avropaya inteqrasiya edib yolun ortasında tək də qala bilərdi. Ona görə də bir neçə dəfə yazmışıq ki, Azərbaycan assosiasiya sazişinin yalnız viza ilə bağlı hissəsini imzalamaqla düz hərəkət etdi, əks təqdirdə bəlkə də biz də Ukrayna yaşayan aqibəti yaşamalı olacaqdıq…
Amma bir daha deyirik ki, məsələ heç də inteqrasiya olunmaqda deyil. Burada məsələlərə praqmatik yanaşmadan söhbət gedir. İndi dünya Yaponiya, Koreya və yaxud da Çin möcüzəsindən danışmağı sevir. Onlar bu inkişafa necə nail oldular? Sadəcə, praqmatizm nümayiş etdirdilər və dünyada yaxşı vardısa, nə inkişafa yol aça bilərdisə, onu götürdülər…
Yaponiya Avropa mifini dağıtdı, üstəlik, M.Veberin kapitalizm və protestantlıq haqqında yazdıqlarına rəğməm göstərdi ki, Avropadan və hətta xristian dəyərlərindən də kənarda inkişaf mümkündür…
Biz də belə edə bilərik. Bilmirəm hakimiyyət nə hiss edir, nə düşünür, belə hesab edirəm ki, məsələn, ölkənin Avropa Şurasına üzv olmasından cəmiyyət çox qazandı. Hər halda, bunu etiraf etmək lazımdır…
Ona görə də qapıları bağlamağa tələsmək lazım deyil. Şərti olaraq Qərb adlanan geosiyasi vahid dünyada çox böyük qüdrətə malikdir, Avropanın da gələcəyi hələ öndədir. Yunanıstan böhranı-filan-bunlar ötəri şeylərdir. Mənim burada bir detal yadıma düşür. Z.Bjezinski bir neçə il bundan əvvəl özünün “Böyük şahmat taxtası” kitabında Avropanı gələcək geosiyasi vahid kimi xüsusilə qeyd etmişdi…
Dünya maraqlar dünyasıdır. Dünya geosiyasi planlar dünyasıdır. Bəzən bizdə elə hesab edirlər ki, müəyyən məsafəyə çəkilsələr, Qərb onları rahat buraxacaq və hətta unudacaq. Amma belədirmi?..
Təbii ki, yox. Qərbin də geosiyasi planları var. Onlar buranı şərqi Avropa adlandırıbsa, deməli bu regionla bağlı müəyyən niyyətləri var və həmin niyyət və planları həyata keçirməyə çalışacaqlar…
Ona görə də “soyuq məsafə” siyasətinin yalnız mənfi nəticələri ola bilər və özü də bu nəticələr çox böyük bir sferanı əhatə edə bilər. Qonşu İrana baxaq və ondan ibrət götürək- düzdür, sözdə onlar da Qərbi yamanlayırlar, amma işdə, əməldə onunla əməkdaşlıq üçün sinov gedirlər..
Bu, xüsusən də enerji daşyıcılarını ixrac etməklə məşğul olan ölkələr üçün çox vacibdir. Geosiyasi strateqlərin hesablamaları göstərir ki, Avropa dünyanın ən çox enerji istehlak edən regionudur…
Biz isə yanaqcaq və enerji ölkəsiyik. Ona görə də Avropanı bir keçmiş hesab etmək və ondan “soyuq məsafə” saxlamaq heç də siyasi uzaqgörənliyə dəlalət etmir- hətta biz Avropadan uzaqlaşsaq belə onlar daim bizə yaxınlaşmaq üçün yollar aramaqda davam edəcəklər. Və istəməzdik ki, bu axtarışlarda hədəf tək ölkənin indiki siyasi elitası götürlsün… Əgər Avropa hiss etsə ki, onun maraq və planları qarşısındakı əsas maneə bizim indiki siyasi elitadır, onda o, bundan  da müəyyən nəticələr çıxaracaq. Düşünmürük ki, bu nəticələr bizim indiki siyasi konfiqurasiyanın xeyrinə olacaq…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq

Next Post

Dünyanın ən sakit və ən təhlükəli ölkələri

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dünyanın ən sakit və ən təhlükəli ölkələri

Türkiyə "İslam Dövləti"nə qarşı yerüstü əməliyyat keçirəcəkmi?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.