Moldovada keçirilən ağırlıqqaldırma üzrə 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxış etmiş Azərbaycan yığma komandası Bakıya qayıdıb.
Elchi.az-ın məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, federasiya rəsmiləri və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, ağırlıqqaldıranlarımız Avropa birinciliyində – 14 medal (8 qızıl, 4 gümüş və 2 bürünc) qazanıb




