Avropa Birliyi (AB) Ukrayna ilə imzaladığı assosiasiya sazişini 2015-ci ilin 31 dekabrınadək tətbiq etməyəcək.
Belə bir qərar bu gün AB-nin ticarət məsələləri üzrə komissarı Karel de Qüxtlə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev arasında danışıqların yekununda qəbul edilib.
Belə bir qərar bu gün AB-nin ticarət məsələləri üzrə komissarı Karel de Qüxtlə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev arasında danışıqların yekununda qəbul edilib.“Biz nazir Klimkin (Ukrayna-red.), nazir Ulyukayev və mən aramızda anlaşma əldə etdik. Biz assosiasiya haqda sazişin tətbiqini gələn il dekabrın 31-dək müvəqqəti təxirə salırıq”, – deyə avrokomissar vurğulayıb.
Maraqlıdır ki, bu qərarla eyni gündə AB Moskvaya qarşı yeni sanksiyalar paketi qəbul edib. Görünür, Rusiya kimi Qərb də “qamçı və kökə” siyasətinə üstünlük verir.



