Elchi.az-ın liga.net-ə istinadla verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin prezidenti Martin Şults “YES” beynəlxalq forumda bəyan edib.
Onun sözlərinə görə, belə bir maliyyə yardımı şərtsiz də deyil. “Ümid edirəm ki, Ukrayna islahatlar həyata keçirəcək”, – deyə qurum prezidenti vurğulayıb.
Xatırladaq ki, bu il, martın əvvəlində Avropa Komissiyası Ukraynaya kömək qismində ümumi məbləği 11 milyard avro olan makro-maliyyə paketini qəbul edib.




