Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ukraynadakı vəziyyətə mənfi tərəfdən baxdığını bildirib. Rusiya münaqişədə qalib gələnə qədər sülh danışıqlarına girməyəcək. Elchi.az xəbər verir ki, bu fikri Barselonada ekspert forumunda çıxışı zamanı paylaşıb.
“Mən Rusiyanın müharibədə qalib gəlmək niyyətini açıq şəkildə görürəm. Rusiya qalib gəlməsə, danışıqlara getməyəcək”, – Borrell bildirib.
Avropa diplomatiyasının rəhbəri həmçinin belə qənaətə gəlib ki, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyi artırmağa davam etməlidir.
Havar Şəfiyeva




