Avropa fond bazarları günə yüksəlişlə başlayıb.
Elchi.az xəbər verir ki, bu gün Avropada bütün diqqətlər Avrozonadakı inflyasiya başda olmaqla, intensiv məlumat gündəmindədir.
Analitiklər, Avrozonada İstehlak Qiymətləri İndeksinin (CPI) aylıq 0,4 faiz azalacağının gözləndiyini ifadə edərək, illik bazda 2,8 faiz artımın proqnozlaşdırıldığını xatırladıblar.
Açılışdan sonra Stoxx Europe 600 indikator indeksi 0,8 faiz artımla 495 bənddən, Almaniyada DAX 40 indeksi isə 1,4 faiz artımla 17 min 363 bənddən ticarət edir.
İngiltərədə FTSE 100 indeksi 0,1 faiz artaraq 7 671 bənd, İtaliyada MIB 30 indeksi 1 faiz artaraq 32 341 bənd, İspaniyada IBEX 35 indeksi 0,5 faiz artaraq 10 155 bənd, Fransada isə CAC 40 indeksi 1 faiz artaraq 7 899 bənd təşkil edib.
Avro/dollar pariteti hazırda əvvəlki bağlanışdan 0,5 faiz yuxarı olmaqla 1,0870 ətrafında dəyişir.
Analitiklər, qlobal səhm bazarlarında, Kaliforniya mərkəzli çip istehsalçısı Nvidia-nın son rübdə gözləntilərin üzərində qazanc açıqlaması risk iştahını artırdığını ifadə etdi.
Bu gün Avro Bölgəsində TÜFE ilə yanaşı, ABŞ-da həftəlik işsizlik müavinəti müraciətləri və Avro Bölgəsi, İngiltərə və ABŞ-da açıqlanacaq istehsal sənayesi və xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) təqib ediləcək.
Bu gün açıqlanan məlumatlara görə, Almaniyada fevral ayı istehsal sənayesi PMI 42,3, xidmət sektoru PMI isə 48,2 olub.
Nuranə Məmmədova






