Avropa İttifaqında taxıl müqaviləsini uzatmaq üçün Rusiya Federasiyasına deyil, BMT və Türkiyəyə güvənir. Brüsseldəki diplomatik mənbə əlavə edib ki, Avropa İttifaqı da bu məsələdə Moskva ilə danışıqlar aparmayacaq. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
“Rusiya təhlükəli vəziyyət yaradır, lakin bu, bizi narahat etmir, biz Rusiyanı inandırmayacağıq”, – mənbə bildirib. O əlavə edib ki, Avropa Birliyi BMT və Türkiyənin göstərdiyi səylərə arxalanır.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqının taxıl sazişinə münasibətini mənfi qiymətləndirib.
Havar Şəfiyeva





