Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqləyib.
Bu barədə Aİ-nın yaydığı bəyanatda bildirilib.
Sanksiyalar Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur.
Aİ-nin yeni sanksiyaları Rusiya Federasiyasından dəniz yolu ilə daşınan neftin mərhələli şəkildə dayandırılmasını da ehtiva edir. Boru kəməri ilə Rusiyadan neft idxalına isə müvəqqəti istisna tətbiq olunub.
Bundan başqa, altıncı sanksiyalar paketinə “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Bankının SWIFT-dən ayrılması və Rusiyanın RTR/RTR Planeta, Rossiya 24, TV Center-Beynəlxalq telekanallarının Avropada yayımının qadağan olunması daxildir.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...






