
Avropa İttifaqı Türkiyəyə 1 milyard avro ayırıb.
Bu məbləğ miqrantların problemlərini həll etmək üçün ayrılıb.
“Avropa İttifaqının miqrasiya böhranı ilə bağlı fövqəladə sammitində miqrantların problemlərini həll etmək üçün Türkiyəyə 1 milyard avro, Makedoniyaya isə 700 milyon avronun ayrılması barədə qərar qəbul edilib”, Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.



