“Azərbaycan Avropa İttifaqına Assosiativ saziş deyil, strateji əməkdaşlığa dair ayrıca sənəd təklif edib”.
“Bizim Avropa İttifaqı ilə yaxşı münasibətlərimiz var. Bizim siyasət milli maraqlar üzərində qurulub. Biz qarşımıza qeyri-real vəzifələr qoya bilmərik. Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq əvəzinə, biz strateji əməkdaşlıq barədə ayrıca sənəd təklif etdik. Bu sənəd balanslaşdırılmış, məhsuldar olacaq. Biz siyasətimizi vəziyyətə görə uyğunlaşdırırıq. Azərbaycan ölkələr arasında münasibətlərin sabitləşdirici rolunu oynayır”.
Cari ilin fevral ayında Bakıda Rusiya və ABŞ Baş Qərargah rəislərinin görüşünü xatırladan İlham Əliyev bildirib ki, görüşün keçirilmə yeri kimi Azərbaycanın paytaxtının seçilməsi təsadüfi deyil: “Rusiya və ABŞ Baş Qərargah rəisləri Bakıda ilk dəfə görüşüblər. Görüş üçün Azərbaycanın seçilməsi bizim təşəbbüsümüz olmayıb. Hər iki tərəfdən bizə müraciət edilib. Bu seçim təsadüfi deyil. Azərbaycan etibarlı tərəfdaşdır və öz müstəqil siyasətini aparır. Bu, tərəfdaşlarımız tərəfindən yüksək qiymətləndirilir”.