Avropa İttifaqı Türkiyənin paytaxtı Ankarada dünən axşam saatlarında meydana gələn bombalı hücumu qınayıb.
Musavat.com xəbər verir ki, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti ali təmsilçisi Federika Moqherini və Aİ-nin digər rəsmisi Coannes Han Ankaradakı terror hücumu ilə bağlı ortaq açıqlama yayıblar.
Məlumata görə, Aİ-dən verilən açıqlamada “Türkiyənin və türk xalqının yanındayıq” sözləri yer alıb.
Açıqlamanın mətnində yazılıb: “Türkiyə hökumətinin və xalqının kədərini paylaşırıq. Həyatını itirənlərin ailələrinə və dostlarına başsağlığı, bütün yaralılara şəfa diləyirik. Avropa İttifaqı bu cür şiddətə məruz qalanların yanında olmağa davam edəcəkdir. Qlobal terror təhdidi ilə mübarizə üçün beynəlxalq əməkdaşlığımızı sürətləndirməyə çalışırıq”.




