Gürcüstanın prezidenti Salome Zurabişvili “Mtavai” telekanalının baş direktoru və təsisçisi Niki Qvaramiyaya amnistiya elan etdikdən sonra Tbilisidə Varastan prezidentinin iqamətgahı yaxınlığında bir qrup naməlum şəxs Avropa İttifaqının (Aİ) bayrağını yandırıb.
Elchi.az bu barədə Newsgeorgia.ge-yə istinadən xəbər verir.
Orada olanlar onun agent və satqın olduğunu, Aİ bayrağına görə Vətəni Qərblə dəyişdiklərini qışqıraraq Zurabişvilinin Gürcüstandan çıxarılmasını tələb ediblər.
Hadisə yerinə polis gəlib.
Gürcüstanda beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik münasibətdə olduğu ölkələrin bayraqlarının yandırılması qanun pozuntusu kimi qiymətləndirilir, cərimə 1000 lari (385 dollar) təşkil edir.
Yeganə





