Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Leyenin Kiyevə səfərini vergiləri onu dəstəkləyən avropalılar dəyərləndirməlidir. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov avropalı siyasətçinin Ukraynaya səfərinə belə cavab verib. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
“Bu, bizim münasibətimiz deyil. Avropa ölkələrinin sakinləri buna həssas olmalıdırlar, məhz onlar xanım Fon Der Leyeni və onun iş aparatını öz vergiləri ilə dəstəkləyirlər”, –deyə Peskov sualı cavablandırarkən deyib.
AK rəhbəri bildirib ki, o, Ukraynanın paytaxtına ölkənin Avropa İttifaqına daxil olması, habelə dövlətin bərpası üçün maliyyə dəstəyini müzakirə etmək üçün gəlib.
Havar Şəfiyeva






