Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ölkənin nailiyyətləri ilə bağlı dediyi sözlərdən qəzəblənib. Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Söhbət Avropa Birliyinə daxil olmaq üçün Kiyevin əməl etməli olduğu şərtlərdən gedir. Fon der Leyenin sözlərinə görə, ölkə tələblərin cəmi 90 faizini yerinə yetirib.
Öz növbəsində Stefanişina bu bəyanatların ədalətsiz olduğunu bildirib. “Belə mesajlar adətən mənfi olur. Hətta 99,9 faiz də Ukrayna üçün mənfi tezisdir, çünki söhbət ölkədəki ekzistensial dəyişikliklərdən gedir. 90 faizi yerinə yetirmisiniz, qalanını etmək üçün cəmi üç gününüz var, – deyə siyasətçi gileylənib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, alman həmkarı Annalena Barbok ona respublikanın gələcəkdə Avropa İttifaqına qoşulacağına dair söz verib. Nazir qeyd edib ki, bunun üçün ölkədə ədliyyə sektorunda islahatlar aparılmalı, o cümlədən korrupsiyaya qarşı mübarizə üçün bir sıra tədbirlər görülməlidir.
Havar Şəfiyeva






