“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Elchi.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu mübarizəyə Bakıda start verəcək. İlk rəqib Norveçin “Molde” klubu olacaq. Sentyabrın 21-də keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oktyabrın 5-də İsveçdə “Haken”in qonağı olacaq Ağdam təmsilçisi üç həftə sonra Almaniyada “Bayer”lə üz-üz gələcək. “Köhlən atlar” noyabrın 9-da isə Leverkuzen təmsilçisini paytaxtımızda qəbul edəcək.
Noyabrın 30-da İsveçdə “Molde” ilə qarşılaşacaq “Qarabağ” qrup mərhələsinin son matçında evdə İsveçin “Haken” kollektivini sınağa çəkəcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə, üçüncü pillənin sahibi isə UEFA Konfrans Liqasının pley-off raunduna vəsiqə qazanacaq.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




