Polşanın baş naziri Donald Tusk xəbərdarlıq edib ki, Avropa müharibədən əvvəlki dövrə qədəm qoyub, lakin Rusiyadan gələn təhlükə ilə üzləşməyə hazır olana qədər hələ getməli çox uzun bir yol var.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Müharibə artıq keçmişin anlayışı deyil. Bu realdır və iki ildən çox əvvəl başlamışdır. Hazırda ən qorxulusu odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür. Biz 1945-ci ildən bəri belə bir vəziyyət görməmişik”, – deyə Tusk Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində deyib.
“Mən bilirəm ki, bu, xüsusilə gənc nəsil üçün dağıdıcı səslənir, lakin biz müharibədən əvvəlki yeni eranın başlanması faktına öyrəşməliyik. Mən şişirtmirəm”, – deyə o bildirib.
Yeganə






