Serbiya Rusiyadan yeni “Pantsir” hava hücumundan müdafiə sistemləri alır.
Elchi.az xəbər verir ki, bu barədə Serbiya müdafiə naziri Aleksandr Vulin rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündə deyib.
“Rusiyadan tanklar, digər zirehli texnikalar almışıq. İndi də yeni “Pantsir” hava hücumundan müdafiə sistemləri alırıq”, – serbiyalı nazir bildirib.




