"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa Oyunları və Bakı-Avropa savaşı – pərdəarxası

08 İyun 2015 - 09:10
in XƏBƏR LENTİ

Avropa Oyunları və Bakı-Avropa savaşı - pərdəarxası

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İlin əsas idman hadisəsi ətrafında əsəb savaşının gizli məqamları; Qərb Azərbaycandan siyasi dustaqların azadlığı və insan haqlarından daha artığını istəyir; baş tutmayan “ikinci erməni dövləti layihəsi” və Qərbin güclənən təhdidləri; Milli Şuranın şok separat mövqeyi – Müsavat niyə təkləndi…

Azərbaycan ölkənin idman tarixi üçün çox mühüm olan bir həftəyə daxil olub. 4 gündən sonra I Bakı Avropa Yay Oyunlarının təntənəli açılışı olacaq. Bu, hər bir vətəndaş kimi, bizi də qürurlandıran böyük bir hadisədir.

 
Ölkəyə minlərlə əcnəbi idmançı və tamaşaçı axışacaq. İlkin məlumatlara görə, açılış mərasiminə Türkiyə, Rusiya və Serbiyanın prezidentləri, bır sıra digər ölkələrin dövlət və hökumət başçıları təşrif buyuracaq.
****
Ancaq müşahidələr göstərir ki, bu böyük idman tədbiri qeyri-idman hadisəsi kimi də yadda qala bilər.
 
Artıq bir müddətdir ki, iri Avropa dövlətləri, Qərbin demokratiya paytaxtları və mötəbər institutları “…yarışın bəşəri dəyərlər baxımından daha azad Azərbaycanda keçirilməsi zəruriliyi”ni bildirir, bunun üçün də ilk növbədə siyasi dustaqların azadlığa buraxılmasına çağırışlar edirlər.
Onların məntiqincə, Avropa Oyunlarının fəlsəfəsi hər şeydən öncə barış, bərabərlik, tolerantlıq, ümumbəşəri dəyərlərə sayğı, bayram anlamı daşıdığından, üstəgəl, təməl insan haqları dövlətlərin daxili işi sayılmadığından, bu cür tədbirin keçildiyi ölkədə siyasi əqidəsinə görə həbsdə yatan da olmamalıdır.
Belə yanaşma, təbii ki, adekvat olaraq rəsmi Bakıda qıcıq, hətta sərt reaksiyalar doğurur. Çünki hakimiyyətin yanaşması belədir ki, insan haqları Azərbaycanın daxili işidir, üstəlik, ölkədə siyasi əqidəsinə görə həbs olunan yoxdur və ümumiyyətlə, idmanı siyasətə qatmaq olmaz.
*****
Əslində isə hər şey heç də göründüyü kimi deyil. Avropa və Amerika Azərbaycanda insan haqları, azadlıqların məhdudlaşdırılması məsələsi ilə yalnız oynayır; Qərb paytaxtlarının heç vecinə də deyil; bunu da illərdir sübut ediblər; Azərbaycanda insan haqlarının durumu necədir, azadlıqlar hansı dərəcədə məhdudlaşdırılır… Onlar üçün maraqlı olan tabeçilik və nəzarət paketinin əllərində olmasıdır. İnsan haqlarına riayət olunmayan, heç bir siyasi azadlığın mövcud olmadığı Səudiyyə Ərəbistanı hazırda Amerikanın, Qərb paytaxtlarının neft və dünyaya nəzarət savaşında əsas müttəfiqi deyilmi? Qərb ölkələrinin prezidentləri, başda hörmətli Barak Hüseyn Obama olmaqla, Səudiyyə Krallarının qarşısında ikiqat təzimlə əyilmirlərmi…
Nümunə yalnız Səudiyyə Ərəbistanı deyil. Yaxın tarixdə və hazırkı dünyada onlarla belə faktlar var. Özbəkistana, Türkmənistana, Ərəb krallıqlarına, İrana, İraqa və digər müsəlman ölkələrinə baxanda, daha sivil, daha dünyəvi və demokratik ölkə təsiri bağışlayan Azərbaycana Qərbin münasibətində demokratiya heç zaman prioritet olmayıb. 2003-cü ildə “Bizim Azərbaycan” blokunun lideri İsa Qəmbər seçkilərdə dünyanı şaşırdacaq nəticələr göstərəndə Qərb paytaxtları onu yox, indiki prezident İlham Əliyevi dəstəklədi; başqanın tərəfdarları, o cümlədən oxuduğunuz bu qəzetin baş redaktoru da 17 ayını məhz Vaşinqtonun xeyir-duası ilə həbsxana divarları arxasında keçirtdi.
*****
İndiki hakimiyyət Vaşinqton-London-Brüssel- Moskva – Ankara – Tel-Əvivin birgə layihəsidir. Regionda Qərb paytaxtlarının ən sadiq və yaxın, xüsusi təyinatlı partnyoru olub. İndi də belədir. Qərb paytaxtları, dünya çapındakı quruluş və təşkilatları iqtidarımızla birgə Azərbaycan sərvətlərindən faydalanır. Həm də təkcə bundan yox. Qərb, özəlliklə də ABŞ Azərbaycanın ərazisinin xüsusi strateji əhəmiyyətindən də gen-bol yararlanır. Hərbi-siyasi-iqtisadi sferada tam və strateji əməkdaşlıqlar mövcuddur.  
Lakin ortada bir gerçəklik var: onların gözlədiyinin əksinə olaraq, prezident Əliyev öz rejiminin oyuncaq olmasına imkan vermədi, xarakter və inad göstərdi; qlobal təhlükələr və dünya miqyasında gedən oyunlardan məharətlə istifadə edərək, hakimiyyətini və mövqelərini gücləndirdi. O, artıq 2003-cü ildəki asılı Azərbaycana deyil, zəngin və geostrateji əhəmiyyəti 10 dəfələrlə artmış bir ölkəyə rəhbərlik edir. Təbii ki, insan haqlarını da, azadlıqları da məhdudlaşdırır; lakin 2003-2005-ci illərdə bu sahələrdə vəziyyət daha problemli idi; buna baxmayaraq, Qərb paytaxtları onu dəstəkləyirdi. Əliyev siyasi rəqibləri ilə sərt rəftar edir; lakin dünyanın nəhəng güclərinin istədiyi də olmur – ermənilərlə daha aqressivdir və Qərbin planladığı 2-ci erməni dövlətinin – “Dağlıq Qarabağ Respublikası”nın yaranmasına da heç cür imkan vermir. İlham Əliyev 2009-cu ildə Amerika rəhbərinin onu Türkiyəyə çağırmasına belə neqativ cavab verdi: getmədi; Ərdoğana da “yox” dedi; beləliklə, Qarabağ məsələsində onun güzəştə getməyəcəyini dünya da, Azərbaycan da bilmiş oldu. Məhz o zamandan, məhz o “yox”dan sonra Azərbaycan iqtidarının lideri Qərbin açıq-gizli hədəfinə gəldi. Proses davam edir. 
Dahası da var – ondan və Azərbaycandan Rusiyaya qarşı plasdarm, vasitə, ön cəbhə kimi istifadə etmək mümkün olmur. Daha nə? Əliyev Qərbin, xüsusi ilə də Amerikanın Azərbaycanın vətəndaş cəmiyyətinə müdaxiləsini və sözün həqiqi mənasında, nəzarətini bitirdi! Maliyyə axını xətlərini, KİV-lərini qapatdı, Qərbə öz ölkəsindən daha çox bağlı olan ictimai fiqurları həbs etdi, ölkədən çıxartdı; bununla da cəmiyyətdəki kontrol paketini bitirdi…
Bütün bunlara “yaxşıdır” demirik; prosesin pərdə arxasında qalan nüanslarını yada salır, bəzən də göstəririk.
****
İndi ortada sanki Bakı-Qərb münasibətlərinin davası gedir. APA-nın ötən həftəsonu Yunanıstan səfirliyini Avropa Birliyi ilə Azərbaycana qarşı ortaq iş birliyində suçlaması, eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Bakıdakı layihə koordinatorluğunun bağlanması haqda quruma nota göndərməsi də sanki bu prosesin təsdiq arqumetləridir. Və bir çoxlarına da elə gəlir ki, ABŞ və Avropa bizim dustaqxanadakı siyasi məhbuslara görə bunca dava açıb, İlham Əliyev onları buraxsa, dərhal təzyiqlər dayanacaq.
Hətta bəzi ekspertlər iddia edirlər ki, Azərbaycan prezidenti İlham Əliyev gec də olsa, siyasi məhbusların bir qismi ilə bağlı əfv sərəncamı verməklə situasiyanı xeyli yumşalda, gərginliyi götürə bilər. Bununla Avropa Parlamentində iyunun 10-da Azərbaycanla bağlı gözlənilən xoşagəlməz müzakirələr də böyük ölçüdə əhəmiyyətini itirmiş olar, ən önəmlisi, Avropa Yay Oyunlarının keçirildiyi 16 gün ərzində ölkəmiz Qərb mətbuatının diqqətində insan haqlarının durumuna görə yox, daha çox beynəlxalq idman yarışına görə diqqətdə saxlanılardı.
******
Bunun olmasını biz də istərdik; qəzetimizin köşə yazarı dustaqdır! Lakin hər şey onlara görə deyil! Rusiya və İran arasında uğurla manevr edən, Qərb dəyərlərini dəstəklədiyini hər fürsətdə bildirən, hərbi-iqtisadi-strateji müttəfiqlikdən qaçmayan, üstəlik, Avropa Oyunları üçün bu qədər riskə və xərcə gedən Azərbaycan Amerika və Avropa üçün ciddi və vazkeçilməz dövlətdir. Qərb paytaxtları ikili standartları və aşırı praqmatizmi hər zaman prioritet hesab edib. Belə bir güc əgər bu dərəcədə bir ölkənin, onun rəhbərinin üstünə gəlirsə, ondan insan haqlarından daha artıq şeylər istənilir, deməkdir…
****
Sonda AYO ilə bağlı daxili siyasətdəki bir mühüm bir detala da işıq tutaq. Hamıya məlumdur ki, ciddi müxalif siyasi qüvvələrdən biri – Müsavat siyasi məhbuslara görə açılış mərasimini boykota çağırıb. Ölkənin siyasi müxalifətini təşkil edən komponentlərdən ancaq biri – yalnız Müsavat Partiyası AYO-ya qarşı boykot çağırışı edib. Özünü mövcud hakimiyyətə qarşı barışmaz, radikal müxalifət edən AXCP və onun nəzarətində olan Milli Şura belə bir çağırış etmədi. Müşahidəçilər bunu heyrətlə qarşılasalar da, siyasi bilgiləri olanlar məsələnin kökünü dərhal öyrəndilər. Burada əsas rolu Milli Şuranın sədri professor Cəmil Həsənli oynayıb.
 
 
Onun hakimiyyətin bir qanadı ilə olan dərin və separat mövqeyi AXCP-nin və Milli Şuranın AYO məsələsində loyal mövqe tutması ilə nəticələnib. AXCP daxilindən verilən məlumatda iddia olunur ki, “qırğı sədr” Əli Kərimli bu məsələdə ona təzyiq edən silahdaşlarına deyib: “Ürəyimizə daş basıb, dözməliyik, boykot çağırışı etməməliyik. Bu qoca ….n istefası ilə hədələyərək, israr etdi, mən də razılaşdım, başqa yolum qalmadı… ” 
 
Qeyd edək ki, Müsavat Partiyasının məhz təkbaşına boykot çağırışı AYO-dan sonra ona qarşı daha kəskin repressiyalara səbəb ola bilər.  

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə səsvermə sona çatdı: səslər sayılır

Next Post

Neftin ucuzlaşması davam edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftin ucuzlaşması davam edir

CHP Azərbaycanda lider oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.