"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa oyunlarına gedən yol- XƏYANƏT VƏ İNFORMASİYA MÜHARİBƏSİ

18 Mart 2015 - 11:40
in KÖŞƏ YAZILARI

sabuhi1-600x320Səbuhi Abbasov

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

ASGA-nın sədri

Xeber1.az saytının baş redaktoru

Bu gün Azərbaycanda siyasi ssenarilər və müzakirələr yalnız inkişaf məcrasında nəzərdən keçirilir və bu fakt son illərdə qazanılmış nailiyyətlərin nəticəsidir.

İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi uğurlarında başlıca rol oynayır və əgər belə demək mümkündürsə, Azərbaycan millətinin və Azərbaycan dövlətçiliyinin tarixinin növbəti quruculuq mərhələsinin lokomotivinə çevrilib.

Əlbəttə, Azərbaycanın inkişafı indiyədək qazanılmış uğurlarla kifayətlənə bilməz. Buna görə də gələcəyin fəth edilməsi dövlətin yüksələn xətlə inkişafının növbəti mərhələsində, yəni biliklərə əsaslanan cəmiyyətdə Azərbaycan milli ideyasının əsas vəzifəsidir.

Ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Bu həm ölkəmizin dünyada tanıdılması, həm də Azərbaycan reallıqlarının təbliği baxımından da çox önəmlidir. İqtisadi inkişaf, siyasi və ictimai sabitlik, eyni zamanda beynəlxalq arenada qazanılan uğurlar heç də bütün dünya dövlətləri tərəfindən xoş qarşılanmır. Hətta bunların qarşısının alınması üçün bütün mümkün imkanlardan belə geniş şəkildə istifadə olunur. Biz bunu ilk dəfə Avroviziya yarışmasından öncə tam aydınlığı ilə müşahidə etdik. Sosial və siyasi sifarişlər, təxribatlar, xəyanətlər və s.

BU İL ÖLKƏMİZ DAHA BİR BEYNƏLXALQ TƏDBİRƏ EV SAHİBLİYİ EDİR

Bakı 2015 ilk Avropa Oyunları nəhayət ki, ölkəmizdə keçiriləcək. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən təşkilat komitəsi qısa zaman kəsiyində Avropanı heyrətləndirə bildilər. İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, “ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur”. Bəli, bu çox böyük uğur və qələbədir. Ən azı ona görə qələbədir ki, bu oyunlar Olimpia oyunlarının beşiyi sayılan Avropada yox, ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu təkcə bizim tariximizə qızıl hərflərlə yazılmayacaq.

BU OYUNLAR DÜNYA TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILACAQ!

Azərbaycan gəncliyi Avropanın hansı nöqtəsində olmasından asılı olmayaraq artıq fəxrlə deyə biləcəyi daha bir məqam var. Bax biz o məqamın uğurla realizəsini gözləyirik. Təəssüflə qeyd edə biləcəyim bir məqam da var dostlar! Bəzi neqativ gözləntilərimiz də baş verdi və verməkdədir. Eyni ssenari, eyni taktika, lakin daha aqresiv və daha informativ metodlarla. Yəqin söhbətin nədən getdiyini anladınız.

HƏDƏFLƏR TAM BƏLLİDİR…

Azərbaycanın durmadan inkişaf edən iqtisadiyyatına, dünya miqyasında qazandığı uğurlara birmənalı şəkildə kölgə salmaq, qaryaxma kampaniyasına başlamaq və nəticə etibarı ilə İlk Avropa Oyunlarının Bakıda baş tutmasına maksimum səviyyədə əngəl olmaq. Təəssüfki bəzən bilərəkdən, bəzən də bilməyərəkdən bəzi internet media resurslarımız da bu oyunun oyunçusuna çevrilirlər.

SÖHBƏT INTERNET-INFORMASİYA MÜHARIBƏSİNDƏN GEDİR

Çünki real faktlara söykənə biləcək heç bir fəaliyyət vasitələri olmadığından visual formatda informasiya üzərindən, sosial şəbəkələr vasitəsi ilə irimiqyaslı kampaniyaya başlayıblar.

1.İlk öncə BAKI 2015 üçün tikilən stadionun çökməsi barədə informasiya yayıldı. Bu məlumat eyni zamanda bəzi yerli interenet media resurslarında da dərc edildi. Azərbaycan cəmiyyəti isə məlumatın ağ yalan olduğunu bilərək informasiyanı soyuqqanlılıqla qəbul elədi. Əslində bunu sifarişçi qismində çıxış edən bəzi beynəlxalq təşkilatlar da hiss elədilər.

ONLAR “OYUN”UN QAYDALARINI DƏYİŞDİLƏR

Ona görə oyunun qaydalırını bir qədər dəyişmək və cəmiyyətin hissiyatına, psixologiyasına təsir edə biləcək informativ, vizual effektlərdən istifadə etdilər.

  1. Azərbaycanda guya sahibsiz heyvanlara münasbətin kəskin olduğunu bildirdilər və geniş kampaniyaya başladılar. Türkiyədə isə erməniəsilli türk vətəndaşları tərəfindən “Yeşil Öfke” təşkilatı qurama aksiya reallaşdırdı. Aksiyada maraqlı şuarlar səsləndirildi: “Hepimiz hayvanız”, “Hayvanların Genosidinə son” və s. Birinci şuarla razıyam və hətta deyərdim ki, Sizin HAYVAN olduğunuzu öz ağzınızdan eşitmək bir başqa zövq verir. Lakin məqsəd bəlli idi: dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək və bizim cəmiyyətdə çaşqınlıq, ajiotaj yaratmaq. Lakin bu dəfə də gənclərimizin mediada, sosial şəbəkərdə, xüsusən də twiterdə etirazları birmənalı şəkildə bu süni qarayaxmaları ifşa elədi və edəcək də.
  2. Daha bir hüçüm isə bəzi qurama beynəlxalq təşkilatlardan gəlir və proses bugün də davam edir. Azərbaycanla bağlı müxtəlif dinləmələrin keçirilməsi, “Azərbaycanda söz, mətbuat azadlığı yoxdu”, “siyasi məhbuslar dərhal azad olunmalıdır” və s. Kimi çağırışlar, hesabatlar artıq o təşkilatların özlərinə nəinki dividentlər verir, hətta belə demək mümkündürsə, mənfi imic, etibarsızlıq mühiti yaradır. Bu təşkilatlar dünya miqyasında qeyri-ciddi və lobbilərin tulası kimi tanınırlar. Bunu onların verdiyi bəyanatlara dünyadan gələn reaksiyada öz çılpaqlığı ilə görmək mümkündür.

XƏYANƏTİN, SATQINLIĞI PİK NÖQTƏSİ

  1. Ölkəmizə qarşı başlanılar çirkin kampaniya Əli Kərimlinin simasında davam etdirilməyə başlanıldı. 600 nəfər qohum əqrəbanın və media nümayəndələrinin iştirakı ilə keçirilən mitinqdə maraqlı anlar yaşandı. Əllərində Avropa Şurasının bayrağı, şuarları “bahalaşmaya son” və s. Regionda, bütövlükdə dünyada baş verən geosiyasi proseslər fonunda bu kimi tələblərlə mitinq keçirmək cəmiyyət tərəfindən XƏYANƏTKARLIQ, SATQINLIQ, ŞƏRƏFSİZLİK kimi qiymətləndirildi. Belə bir sual ortaya çıxır. Niyə bugünə qədət əli Kərimli və onun bandası Xocalıya, Ağdaban ədaləti istəməyiblər və yaxud Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “cinsi” əlaqəyə girdikləri qurama beynəlxalq təşkilatlarda məsələ qaldırmayıblar. Cavab isə Siz təsəvvür etdiyinizdən də asan və sadədir:

O MÖVZULAR MALİYYƏLƏŞDİRİLMİR

Yazımda müşahidə etdiklərimin qədərində hədəfləri göstərməyə çalışdım və hesab edirəm ki, beynəlxalq dairələr bu ssenarinin tutarlı olmadığı anlayacaq və yenilərini yazmağa başlayacaqlar. Odur ki, ayıq-sayıq olmaq hər birimizin vətəndaşlıq borcudur. İstənilən halda dünya güclərinin mövqeyi və hədəfi bəllidir. Bu hədəf Yaxın Şərqdə baş verən “inqilablar”da özünü biruzə verdi. Lakin son Ukrayna hadisələri zamanı isə bu hədəfin çirkin siması üzə çıxdı. Lakin ölkəmizdə bu proseslərin qarşısını ala biləcək bir amil var: XALQ – İQTİDAR BİRLİYİ.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Günəş tutulmasına görə təşvişə düşməyin”

Next Post

Ağ Evə sianidli məktub göndərilib

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Ağ Evə sianidli məktub göndərilib

Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.