Fransa parlamentinin deputatı Thierry Mariani bildirib ki, Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsiri məhdudlaşacaq, çünki əvvəlki məhdudiyyətlər ölkə iqtisadiyyatına ciddi təsir göstərməyib. Elchi.az xəbər verir ki, o, bu barədə “İzvestiya”ya müsahibəsində danışıb.
Mariani Rusiyaya qarşı sanksiyaları səmərəsiz adlandırıb və yeni məhdudiyyətlərin təsirsiz olacağını vurğulayıb.
“Brüssel və Vaşinqtonun səhvi ondan ibarətdir ki, onlar dünyanın böyük sürətlə dəyişdiyini görəndə Amerika hegemonluğunun hələ də pik həddə olduğu fikrindən yapışırlar”.
Deputat NATO-dan uzaqlaşan Türkiyəni misal çəkib. O, həmçinin ABŞ-ın ideyalarına əməl etməkdən imtina edən Hindistan və Çini, eləcə də Səudiyyə Ərəbistanını xüsusi qeyd edib.
Bundan əvvəl Aİ ölkələrinin yeni anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədiyi bildirilirdi.
Havar Şəfiyeva






